Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
651
10.01.2026, 18:00
Azərbaycan xalqının çaya olan məhəbbəti danılmazdır. Günə çayla başlamaq, söhbəti çayla şirinlətmək, yorğunluğu bir stəkan qaynar çayla unutmaq artıq həyat tərzinə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu sevimli vərdiş düzgün formada edilmədikdə ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə də çayın qaynar halda içilməsi mədə və qida borusu üçün təhlükəli hesab olunur.
Oxu24.com xəbər verir ki, Mütəxəssislərin fikrincə, qaynar çay yalnız boğazı deyil, eyni zamanda qida borusunu və mədə divarlarını zədələyir. Qida borusunda selikli qişanın yanması nəticəsində qızartı və iltihabi sahələr əmələ gəlir ki, tibbdə bu vəziyyət riskli “önxərçəng” dəyişiklikləri ilə əlaqələndirilir. Uzun müddət davam edən bu zədələnmələr xroniki travmaya çevrilir və bədxassəli şişlərin yaranma ehtimalını artırır.Alimlərin apardığı araşdırmalara görə, temperaturu 62 dərəcədən yuxarı olan çayın müntəzəm qəbulu mədə-bağırsaq sistemində ciddi xəstəliklərə səbəb ola bilər. Təhlükəsiz hesab edilən maksimum içmə temperaturu isə 56 dərəcədir. Bu həddən yuxarı olan isti içkilər qida borusunda yanma yaradır və xərçəng riskini əhəmiyyətli dərəcədə yüksəldir.
Onkoloqlar bildirir ki, mədə, qida borusu və qırtlaq xərçəngi ən ağır və amansız xərçəng növləri sırasındadır. Müasir tibbin inkişafına baxmayaraq, bu xəstəliklər çox vaxt gec mərhələdə aşkarlanır. Statistikaya əsasən, mədə və qida borusu xərçəngləri təxminən 80 faiz hallarda gec diaqnoz olunur. Bunun əsas səbəblərindən biri selikli qişanın uzunmüddətli zədələnməsi, xroniki iltihab və travmalardır.Qaynar çay, qəhvə və hətta şorbanın tez-tez isti halda qəbul edilməsi qida borusu və mədə divarında davamlı zədələnmələr yaradır. Bu zaman orqanizm özünü bərpa etmək üçün hüceyrələrin intensiv bölünməsinə başlayır. Yaş artdıqca bu sürətli hüceyrə bölünməsi fonunda hüceyrələrin bədxassəliyə çevrilmə riski daha da yüksəlir.
Həkimlər əlavə edirlər ki, çayın və ya hər hansı maye və qidanın qaynar halda qəbulu qastro-ezofageal reflyuks xəstəliyinə də səbəb ola bilər. Bu xəstəlik mədə turşusunun patoloji şəkildə mədədən qida borusuna geri qayıtması ilə xarakterizə olunur. Reflyuks isə zamanla qida borusunda xroniki iltihab yaradır və bu da dolayısı ilə qida borusu xərçəngi üçün zəmin formalaşdırır.
Mütəxəssislər Azərbaycanlıları sevdikləri çaydan imtina etməyə deyil, onu daha sağlam şəkildə içməyə çağırırlar. Çayın bir qədər soyumasını gözləmək, çox isti içkilərdən uzaq durmaq və mədə-bağırsaq sistemində yanma, ağrı kimi əlamətlər olduqda vaxtında həkimə müraciət etmək ciddi xəstəliklərin qarşısını ala bilər. Çünki bəzən ən adi vərdişlər belə, diqqətsiz yanaşdıqda ağır nəticələr doğura bilir.
Turan
23:33 / 14 Noyabr 2026
19
23:23 / 14 Noyabr 2026
52
23:16 / 14 Noyabr 2026
49
23:05 / 14 Noyabr 2026
177
23:01 / 14 Noyabr 2026
88
22:28 / 14 Noyabr 2026
551
22:19 / 14 Noyabr 2026
73
21:55 / 14 Noyabr 2026
106
21:32 / 14 Noyabr 2026
122
21:22 / 14 Noyabr 2026
157
21:11 / 14 Noyabr 2026
690
21:04 / 14 Noyabr 2026
788
21:02 / 14 Noyabr 2026
116
20:56 / 14 Noyabr 2026
586
20:50 / 14 Noyabr 2026
127
20:38 / 14 Noyabr 2026
124
20:23 / 14 Noyabr 2026
1246
19:54 / 14 Noyabr 2026
114
19:50 / 14 Noyabr 2026
119
19:36 / 14 Noyabr 2026
1916
19:15 / 14 Noyabr 2026
151
19:12 / 14 Noyabr 2026
147
19:05 / 14 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.