Qusarda yol ikiyə bölündü – VİDEO
06 Aprel 2026, 20:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
979
13.01.2026, 13:01
Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun Bakı Dövlət Universitetində (BDU) yeni vəzifəyə təyin olunacağı gözlənilir.
Oxu24.com xəbər verir ki, Modern.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Misir Mərdanov hazırda vakant olan kafedralardan birinə rəhbərlik edəcək. Məlumata əsasən, söhbət əvvəllər Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi Hesablama riyaziyyat kafedrasından gedir.
Bildirilir ki, Mərdanov məhz bu kafedranın müdiri postunda fəaliyyətə başlaya bilər.
Mənbələrin verdiyi informasiyaya görə, təyinatın indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi ilə bağlı davam edən təhvil-təslim prosesi və “Ramiz Mehdiyev işi”dir. Həmin proses başa çatdıqdan sonra Misir Mərdanovun BDU-da fəaliyyətə başlaması gözlənilir. Universitetə yaxın mənbələr də bu məlumatı təsdiqləyirlər.
Qeyd edək ki, Misir Mərdanov uzun illər Azərbaycan elmi və təhsil ictimaiyyətində tanınmış sima kimi fəaliyyət göstərib. O, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində ali təhsil alıb, daha sonra həmin fakültədə pedaqoji və inzibati vəzifələrdə çalışıb. 1978–1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsində dekan müavini olub. BDU-da son vəzifəsi isə rektor postu olub.
Məlumat üçün bildirək ki, hazırda Mexanika-riyaziyyat fakültəsinin tərkibində 9 kafedra fəaliyyət göstərir və onlardan yalnız Hesablama riyaziyyat kafedrasında rəhbər vəzifəsi boşdur. Qalina Mehdiyevanın işdən çıxarılmasından sonra bu post vakant qalıb.
Həmçinin oxuyun
Bakı Dövlət Universitetinin rəsmi saytında da sözügedən kafedranın müdiri ilə bağlı məlumat yer almır. Bu isə yeni təyinatın yaxın vaxtlarda açıqlanacağı ehtimalını gücləndirir.
Məsələ ilə bağlı Misir Mərdanovun özü də açıqlama verib. O bildirib ki, hazırda işləri qaydasındadır:
“Yeni təklifləri bir az keçəndən sonra maraqlanarsınız. Qoy qırxı çıxsın (gülür). İlk xəbəri də sizə verərəm”, – deyə o qeyd edib.
Hazırda rəsmi qurumlar tərəfindən təyinatla bağlı açıqlama verilməsə də, Modern.az-ın əldə etdiyi məlumatlara əsasən, proses artıq son mərhələdədir və yaxın günlərdə rəsmi qərarın elan olunacağı gözlənilir.
20:56 / 06 Aprel 2026
20
20:50 / 06 Aprel 2026
111
20:38 / 06 Aprel 2026
140
20:30 / 06 Aprel 2026
41
20:10 / 06 Aprel 2026
163
20:06 / 06 Aprel 2026
63
20:02 / 06 Aprel 2026
128
20:00 / 06 Aprel 2026
125
19:55 / 06 Aprel 2026
40
19:50 / 06 Aprel 2026
52
19:49 / 06 Aprel 2026
149
19:43 / 06 Aprel 2026
847
19:38 / 06 Aprel 2026
139
19:22 / 06 Aprel 2026
61
19:15 / 06 Aprel 2026
175
19:03 / 06 Aprel 2026
165
18:52 / 06 Aprel 2026
150
18:41 / 06 Aprel 2026
77
18:39 / 06 Aprel 2026
206
18:26 / 06 Aprel 2026
177
18:13 / 06 Aprel 2026
201
18:00 / 06 Aprel 2026
64
17:20 / 06 Aprel 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.