Orta aylıq əmək haqqı nə qədər artacaq?
14 Noyabr 2026, 21:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
589
13.01.2026, 14:41
Bu gün şəhid İbrahim Cəfərovun doğum günüdür.
Oxu24.com xatırladır ki,yaşasaydı,28 yaşını qeyd edəcəkdi.
İbrahim Cəfərov 1998-ci il yanvarın 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 2004–2015-ci illərdə İ. Həsənov adına Qaçaq Kərəm kənd tam orta məktəbində, 2015–2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsində təhsil alıb. Subay idi.
İbrahim Cəfərov 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İbrahim Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Cəfərov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. 18 gün koma vəziyyətində qalıb. İbrahim Cəfərov noyabrın 7-də şəhid olub. Ağstafa rayonunun Yenigün kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə","Cəsur döyüşçü" , “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
21:32 / 14 Noyabr 2026
18
21:22 / 14 Noyabr 2026
56
21:11 / 14 Noyabr 2026
258
21:04 / 14 Noyabr 2026
99
21:02 / 14 Noyabr 2026
80
20:56 / 14 Noyabr 2026
76
20:50 / 14 Noyabr 2026
86
20:38 / 14 Noyabr 2026
90
20:23 / 14 Noyabr 2026
812
19:54 / 14 Noyabr 2026
91
19:50 / 14 Noyabr 2026
95
19:36 / 14 Noyabr 2026
1497
19:15 / 14 Noyabr 2026
130
19:12 / 14 Noyabr 2026
126
19:05 / 14 Noyabr 2026
118
18:50 / 14 Noyabr 2026
125
18:43 / 14 Noyabr 2026
134
18:21 / 14 Noyabr 2026
861
18:09 / 14 Noyabr 2026
143
18:06 / 14 Noyabr 2026
570
18:03 / 14 Noyabr 2026
118
17:18 / 14 Noyabr 2026
233
17:15 / 14 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.