Orta aylıq əmək haqqı nə qədər artacaq?
14 Noyabr 2026, 21:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
13.01.2026, 14:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.
Oxu24.com xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.
Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə (96 nəfər) qayıdıb.
Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xətləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənddaxili yollar yenidən qurulub. Kənddə yeni salınmış park da sakinlərin istifadəsinə veriləcək.
Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkdi və yaşayış şəraiti ilə maraqlandı.
21:32 / 14 Noyabr 2026
43
21:22 / 14 Noyabr 2026
76
21:11 / 14 Noyabr 2026
325
21:04 / 14 Noyabr 2026
165
21:02 / 14 Noyabr 2026
85
20:56 / 14 Noyabr 2026
87
20:50 / 14 Noyabr 2026
94
20:38 / 14 Noyabr 2026
97
20:23 / 14 Noyabr 2026
865
19:54 / 14 Noyabr 2026
93
19:50 / 14 Noyabr 2026
98
19:36 / 14 Noyabr 2026
1541
19:15 / 14 Noyabr 2026
134
19:12 / 14 Noyabr 2026
128
19:05 / 14 Noyabr 2026
121
18:50 / 14 Noyabr 2026
129
18:43 / 14 Noyabr 2026
137
18:21 / 14 Noyabr 2026
875
18:09 / 14 Noyabr 2026
145
18:06 / 14 Noyabr 2026
571
18:03 / 14 Noyabr 2026
120
17:18 / 14 Noyabr 2026
234
17:15 / 14 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.