Qaynar xətt:

(+99450) 247 90 86

Kişilər üçün vacib xəbər! Sizi keçəl edən bu SƏBƏB İMİŞ 

news/2025_09_03/sac_tok_1756887933.webp

TİBB

1081

03.09.2025, 12:20

Yeni elmi araşdırma, Amerikada ən çox istehlak edilən iki içkinin saç tökülməsinə və vaxtından əvvəl ağarmasına səbəb ola biləcəyini qeyd olunub.

Oxu24.com  xəbər  verir   ki, həftədə 3,5 litrdən çox şəkərli içki qəbul etmək, xüsusilə kişilərdə saç tökülməsinə səbəb olur.

Mütəxəssislər bildirirlər ki, artıq şəkər baş dərisində yağ istehsalını artırır, iltihab və qıcıqlanmaya səbəb olur ki, bu da öz növbəsində saç köklərini zədələyir.

Digər tərəfdən spirtin bədəni susuzlaşdırdığı, qida maddələrinin udulmasını pozduğu və hormon balansına mənfi təsir göstərdiyi qeyd edilib.

O, həmçinin oksidləşdirici stressi artırır, saç follikullarına zərər verir və saç rəngini verən melanin istehsalını artırır.

Həll yolu: D vitamini və balanslaşdırılmış pəhriz

Beş fərqli tədqiqat göstərdi ki, yüksək D vitamini səviyyəsi saç tökülməsini azaldır və saçların uzanmasına kömək edir.

Tədqiqatçılar həmçinin dəmir, zülal, soya məhsulları və brokoli və kələm kimi tərəvəzlərin də saç sağlamlığına töhfə verdiyini qeyd edirlər.

Mütəxəssislər xatırladır ki, əlavələrlə yanaşı, lazım gəldikdə dərmanlar, lazer müalicələri, saç əkimi də istifadə oluna bilər.

Miri