Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə ŞOK: “Əşrəf Tək” üçün də ehsan payladılar

Türkiyədə ŞOK: “Əşrəf Tək” üçün də ehsan payladılar

ŞOU-BİZNES

185

17.06.2026, 14:15

Türkiyənin “Əşrəf Röya” serialında vəfat edən “Əşrəf Tək” obrazı üçün Bursa şəhərinin İznik rayonunda anım tədbiri təşkil edilib.

Oxu24.com Kult.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İznikin Ayasofya məscidi qarşısında keçirilən mərasimdə serialın fanatları ətradakı insanlara ehsan olaraq lokma (Türkiyə şirniyyatı - red) paylayıblar. Mərasimdə insanlar “Əşrəf Tək” üçün dualar da ediblər.

Vətəndaşlardan bəzisi əvvəlcə aktyorun real həyatda vəfat etdiyini düşündüklərini, sonradan bunun yalnız serial səhnəsi olduğunu öyrəndiklərini bildirib.

Xatırladaq ki, daha əvvəl “Qurdlar vadisi” serialında “Süleyman Çakır” obrazı öldükdən sonra onun adına yerli əhali tərəfindən ehsan paylanılmışdı.