8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2965
17.06.2026, 11:16
Azərbaycanda pensiya təyin edilərkən və ya onun məbləği hesablanarkən vətəndaşların himayəsində olan uşaqların sayının nəzərə alınıb-alınmaması tez-tez müzakirə olunan məsələlərdən biridir. Xüsusilə çoxuşaqlı ailələr üçün əlavə üstünlüklərin olub-olmaması maraq doğurur.
Bəs mövcud qanunvericilik bu barədə nə deyir?
Oxu24.com xəbər verir ki,Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Azərbaycanda yaşa görə əmək pensiyasının təyin olunması və məbləğinin hesablanması əsasən vətəndaşın əmək stajı, fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı və digər sosial sığorta göstəricilərinə əsaslanır.
“Hazırkı qanunvericiliyə əsasən, vətəndaşın himayəsində olan uşaqların sayı pensiyanın hesablanmasında əsas meyar hesab edilmir. Pensiya sistemi daha çox şəxsin əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqları və topladığı pensiya kapitalı üzərində qurulub.
Uşaqların sayı pensiya məbləğinin hesablanmasına birbaşa təsir göstərməsə də, bəzi hallarda çoxuşaqlı ailələrə dövlət tərəfindən sosial təminat və müxtəlif güzəştlər tətbiq edilir. Xüsusilə beş və daha çox uşaq dünyaya gətirib tərbiyə etmiş analar üçün müxtəlif dövrlərdə xüsusi sosial təminat mexanizmləri nəzərdə tutulub. Bu yanaşma pensiya sistemindən daha çox sosial müdafiə siyasətinin bir hissəsi kimi qiymətləndirilir”.
Asif İbrahimov beynəlxalq təcrübəyə də diqqət çəkərək bildirib ki, bir sıra Avropa ölkələrində demoqrafik siyasətin təşviqi məqsədilə uşaqlı ailələrə pensiya sistemində əlavə üstünlüklər verilir:
“Bu ölkələrdə valideynlik fəaliyyəti gələcək nəsillərin formalaşdırılması baxımından sosial töhfə kimi dəyərləndirilir. Məntiq ondan ibarətdir ki, bugünkü uşaqlar gələcəkdə əmək bazarının iştirakçıları və sosial sığorta sisteminin maliyyə bazasını formalaşdıran şəxslər olacaqlar”.
Mütəxəssis vurğulayıb ki, Azərbaycanda hazırda tətbiq olunan model sığorta prinsipi əsasında fəaliyyət göstərir və pensiyanın məbləği əsasən vətəndaşın ödədiyi sosial sığorta haqlarından asılıdır:
“Bu model sosial ədalət və maliyyə dayanıqlılığı baxımından özünü doğruldur. Lakin əhalinin yaşlanması, doğum səviyyəsinin azalması kimi qlobal tendensiyalar fonunda gələcəkdə pensiya siyasəti ilə demoqrafik siyasət arasında əlaqələrin gücləndirilməsi məsələsi daha geniş müzakirə oluna bilər”.
Ekspertin fikrincə, pensiya sisteminin davamlılığı təkcə yığılan vəsaitlərdən deyil, həm də gələcəkdə işləyərək sosial sığorta ödəyəcək əhalinin sayından asılı olduğuna görə, ailə institutunun və çoxuşaqlı ailələrin dəstəklənməsi gələcək sosial siyasətin mühüm istiqamətlərindən birinə çevriləcək.
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.