Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
23 İyul 2026, 21:57
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
475
08.06.2026, 23:27
Müğənni Aybəniz Haşımova arxiv fotosunu paylaşıb.
Oxu24.com xəbər verir ki,sənətçi paylaşıma aşağıdakı şərhləri yazıb:
Bu şəkilə baxanda bir ömrün səssiz mübarizəsi yadıma düşür...
O illərdə həyat mənə bəzən çox çətin görünürdü. Təhsil alırdım, öz ayaqlarım üzərində dayanmağa çalışırdım, ailəmizin yaşaması, atamın həyatda bir az da artıq qalması üçün bir qız övladının bacara biləcəyi bütün gücü, zəhməti və istedadı ortaya qoyurdum. Elə bilirdim ki, həyatın ən ağır yükünü o zaman daşıyıram.
Amma illər keçdi. Həyat yeni səhifələr açdı. Geriyə dönüb baxanda anladım ki, o vaxt yaşadığım çətinliklər belə əslində ömrümün ən gözəl, ən işıqlı səhifələri imiş. İnsan sonralar daha ağır sınaqlarla qarşılaşanda keçmişin əziyyətlərinə belə həsrətlə baxır.
Bəzən özümüzə bir sual verək: "Mən nə vaxt xoşbəxt olmuşam?"
Bu sualı mənə versələr, tərəddüd etmədən deyərəm ki, həyatımın ən xoşbəxt illəri uşaqlıqdan başlayaraq səhnədə keçirdiyim və 89- cuillərə qədər uzanan dövr olub. Sadəcə o zaman bunun fərqində olmamışam.
Həyat bizə bir həqiqəti öyrədir: hər şeyin dəyərini zamanında bilmək lazımdır. Çünki illər ötür, keçən zaman geri qayıtmır. Nə göz yaşları ilə, nə yalvarışla, nə də peşmançılıqla...
Zaman bağışlamır. Bu dünyada ən qüdrətli və ən sərt hakim zamandır. Çünki itirilən zamanın əvəzini heç nə ilə qaytarmaq olmur.
Ona görə də bu günü yaşayaq, sevdiklərimizin qədrini bilək və xoşbəxt olduğumuz anları vaxtında görə bilək...
Şəkildəki gənc xanımın baxışlarında həm məsumluq, həm də böyük bir iradə görünür. Bəlkə də həmin baxışların arxasında məhz bu yazdığım hekayə dayanır.
18:10 / 27 İyul 2026
14
17:59 / 27 İyul 2026
19
17:40 / 27 İyul 2026
44
17:23 / 27 İyul 2026
125
17:07 / 27 İyul 2026
66
17:00 / 27 İyul 2026
65
16:42 / 27 İyul 2026
68
16:21 / 27 İyul 2026
67
16:18 / 27 İyul 2026
166
16:16 / 27 İyul 2026
89
15:59 / 27 İyul 2026
96
15:45 / 27 İyul 2026
85
15:21 / 27 İyul 2026
93
15:20 / 27 İyul 2026
93
15:17 / 27 İyul 2026
74
14:59 / 27 İyul 2026
87
14:34 / 27 İyul 2026
84
14:28 / 27 İyul 2026
75
14:04 / 27 İyul 2026
103
13:59 / 27 İyul 2026
111
13:55 / 27 İyul 2026
92
13:50 / 27 İyul 2026
105
13:47 / 27 İyul 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.