Təranə Səmədovanın məhkəmədən görüntüləri yayıldı - VİDEO
20 May 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1852
11.10.2025, 16:29
Müğənni heç vaxt spirtli içki içməyib, siqaret çəkməyib. İdmanla məşğul olub, futboldan və güləşdən dərəcələr qazanıb.
Bir müddət əvvəl müğənni haqqında ölüm xəbəri yayılmışdı, o, efirə çıxaraq bu xəbərin yalan olduğunu, sətəlcəm keçirib müalicə aldığını bildirmişdi.
Səyyad Əlizadə sentyabrın 13-də koronavirus xəstəsi kimi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilir. 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülür, ECMO aparatına qoşulur. Mərkəzi Gömrük Hospitalına köçürüldükdən sonra vəziyyəti yaxşılaşdığı bildirilsə də, daha sonra onun vəziyyətini yenidən ağırlaşdığı bildirildi. Müğənni 30 sentyabr 2021-ci ildə 63 yaşında vəfat etdi. Onun vəsiyyəti Füzuli rayonunda valideynlərinin yanında dəfn olunmaq idi. Ailəsi onu vəsiyyətinə uyğun doğma kəndi – Füzulinin Babı kəndində- valideynlərinin yanında dəfn etdi…
Oxu24.com xəbər verir ki, Oğlu Atabəy Kulis.az-a verdiyi müsahibədə qeyd edir ki, atası səhv müalicə olunub. Sitat: “Hər şey həkimlərin günahı idi. Efirdə bu barədə danışanda səsimi kəsmişdilər. Sağlam adam idi. 30 gün bu adama heç nə olmamışdı. Nə oldu birdən-birə? Neylədilərsə ciyəri deşildi. Üç gün ərzində dayanmadan qanaxma oldu. Elə çox qan itirdiyinə görə də rəhmətə getdi”. Sitatın sonu…
Səyyad Əlizadənin mahnıları dərin sentimentallıq yaşayan bir ölkənin taleyinə çevrildi. Bu gün uşaqlığı, gəncliyi 90-cı illərə düşən hər kəs Səyyad Əlizaədənin mahnısını eşidən kimi içində izaholunmaz bir ürpərti yaşayır. Səyyad da, elə məhz həmin ürpərtidə, həyəcanda yaşayacaq.
Allah rəhmət eləsin.
22:14 / 25 May 2026
1
22:09 / 25 May 2026
18
22:05 / 25 May 2026
71
21:57 / 25 May 2026
38
21:55 / 25 May 2026
62
21:55 / 25 May 2026
50
21:47 / 25 May 2026
61
21:39 / 25 May 2026
63
21:36 / 25 May 2026
56
21:33 / 25 May 2026
190
21:26 / 25 May 2026
76
21:22 / 25 May 2026
156
21:15 / 25 May 2026
98
21:05 / 25 May 2026
53
21:03 / 25 May 2026
323
20:55 / 25 May 2026
75
20:51 / 25 May 2026
79
20:37 / 25 May 2026
279
20:21 / 25 May 2026
966
20:15 / 25 May 2026
180
20:13 / 25 May 2026
85
20:11 / 25 May 2026
104
20:10 / 25 May 2026
534
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.