Qaynar xətt:

(+99450) 247 90 86

Novruz Məmmədov 3 məmuru işdən çıxardı

2018-10/1540910008_novruzqerar.jpg

SİYASƏT

993

30.10.2018, 18:33

\"\" Nazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb. \"Oxu4.com\" Report-a istinadən xəbər verir ki, kabinetin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov yaş həddi ilə əlaqədar vəzifədən azad olunub.  
Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Sadıqov vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb. Nazirlər Kabinetinin Hüquq şöbəsinin müdir müavini Səriyyə Əzimova isə öz ərizəsi əsasında işdən çıxarılıb.