Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
403
15.10.2026, 12:53
Elxan Şahinoğlu: “Bir-birimizin daxili işlərinə qarışmamalıyıq”
Politoloq Elxan Şahinoğlu Türkiyədə Azərbaycana qarşı səsləndirilən tənqidləri və ölkəmizin diplomatik nümayəndəlikləri qarşısında keçirilən etiraz aksiyalarını iki ölkə arasındakı münasibətlər baxımından arzuolunmaz hesab edir. O, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin qorunması üçün qarşılıqlı hörmətin və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipinin vacibliyini vurğulayıb.
Politoloq Elxan Şahinoğlu bu barədə Oxu24.com-a açıqlamasında bildirib ki, Türkiyədə Azərbaycanın daxili qərarlarına müdaxilə etməyə çalışan radikal bir kəsim mövcuddur və təəssüf ki, həmin qruplar İrandakı mühafizəkarlarla oxşar mövqedən çıxış edirlər.
Onun sözlərinə görə, Azərbaycanın İstanbulda yerləşən konsulluğu və Ankaradakı səfirliyi qarşısında keçirilən etiraz aksiyaları da narahatlıq doğurur. Politoloq hesab edir ki, bu cür addımlar iki qardaş ölkə arasındakı münasibətlərə zərər vura bilər.
Elxan Şahinoğlu qeyd edib ki, Türkiyənin rəsmi qurumları bu cür təxribatların qarşısının alınması istiqamətində mövqe ortaya qoymalıdırlar. O, indiyədək bu məsələ ilə bağlı müvafiq rəsmi açıqlama eşitmədiyini bildirib. Əksinə, Türkiyə Prezidentinin baş müşavirinin də Azərbaycan hökumətinin qərarını tənqid etdiyini vurğulayıb.
Politoloqun fikrincə, Azərbaycan və Türkiyə arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac var. O bildirib ki, iki ölkə qardaş və müttəfiq dövlətlərdir və bu müttəfiqliyin zəifləməsi yalnız hər iki ölkənin maraqlarına zidd olar, onların rəqiblərinin maraqlarına xidmət edər.
E.Şahinoğlu hesab edir ki, tərəflər arasında yaranan fikir ayrılıqları diplomatik kanallar vasitəsilə müzakirə edilməli, qarşılıqlı anlaşmanın qorunması üçün zəruri addımlar atılmalıdır. Onun sözlərinə görə, ictimai müstəvidə gərginliyin artırılması və bir-birinin qərarlarına müdaxilə edilməsi problemlərin həllinə kömək etmir.
“Əsas məqam ondan ibarətdir ki, biz bir-birimizin daxili işlərinə qarışmamalıyıq”, – deyə politoloq vurğulayıb.
Turan Etibaroğlu
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.