Netanyahu təhlükəli qərar verdi:xalq nə düşünür? — TƏHLİL
04 Noyabr 2026, 09:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
259
24.08.2026, 11:12
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
Oxu24.com xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Əlamətdar ildönümü – Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Siyasi dialoqumuz, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm cəhətlərindəndir. Enerji sahəsində uzun illərdən bəri davam edən səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.
Bu ilin aprelində Azərbaycana həyata keçirdiyiniz işgüzar səfərin nəticələrini, Sizinlə görüşümüzü yüksək qiymətləndirirəm. Şübhəsiz ki, müntəzəm görüşlər və təmaslarımız, ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyimiz dövlətlərarası əlaqələrimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir.
Ali səviyyədə fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik.
İnanıram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram".
10:50 / 04 Noyabr 2026
1
10:46 / 04 Noyabr 2026
25
10:39 / 04 Noyabr 2026
39
10:28 / 04 Noyabr 2026
58
10:26 / 04 Noyabr 2026
47
10:24 / 04 Noyabr 2026
92
10:16 / 04 Noyabr 2026
56
10:10 / 04 Noyabr 2026
108
10:03 / 04 Noyabr 2026
156
10:00 / 04 Noyabr 2026
74
09:54 / 04 Noyabr 2026
89
09:52 / 04 Noyabr 2026
64
09:43 / 04 Noyabr 2026
69
09:31 / 04 Noyabr 2026
80
09:30 / 04 Noyabr 2026
78
09:25 / 04 Noyabr 2026
70
09:22 / 04 Noyabr 2026
112
09:12 / 04 Noyabr 2026
96
09:05 / 04 Noyabr 2026
494
09:00 / 04 Noyabr 2026
116
08:58 / 04 Noyabr 2026
108
08:58 / 04 Noyabr 2026
901
08:47 / 04 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.