Qaynar xətt:

(+99450) 247 90 86

Bu rayonlarda bu gün işıq olmayacaq 

Bu rayonlarda bu gün işıq olmayacaq 

KRİMİNAL

73

04.11.2026, 10:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 4-də Ağdaş və Göyçay Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində 10 kV-luq bir sıra hava xətlərində təmir işləri aparılacaq.

Oxu24.com-un  xəbərinə görə, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Ağdaşda saat 10:00-dan 14:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki, Qaradeyin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Göyçayın Cəyirli, Çayarxı və Kürdəmiş kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.