Prezident İlham Əliyev bu xəbəri rəsmən AÇIQLADI: Yaxın aylarda...
15 May 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
77
15.05.2026, 20:06
"Fransa Prezidenti Emmanuel Makron digər ölkələri öz arşını ilə ölçür və onları "21-ci əsrin əsl müstəmləkəçiləri" adlandırır".
Oxu24.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın Yeni Dehli şəhərində keçirilən BRİKS ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra təşkil olunan mətbuat konfransında bildirib.
Nazirdən Makronun müvafiq bəyanatına münasibət bildirməsi istənilib.
"Əsl kolonializmin (müstəmləkəçiliyin) nə olduğunu, əsl müstəmləkəçilərin kim olduqlarını fransızlardan daha yaxşı kim bilə bilər?", - deyə Lavrov qeyd edib.
O, təxminən beş il əvvəl Sahel ölkələrində, xüsusilə, Malidə dəyişikliklərin baş verdiyi dövrdə BMT Baş Assambleyasının platformasında həmin vaxt Aİ diplomatik xidmətinin rəhbəri vəzifəsində çalışan Josep Borrell və Kaya Kallas ilə görüşdüyünü xatırladıb. Söhbətdə Fransanın ozamankı xarici işlər naziri Jan-İv Le Drian da iştirak edib.
Lavrovun sözlərinə görə, həmsöhbətləri bildiriblər ki, Sahel və ümumilikdə Afrika Avropa İttifaqının bir hissəsidir.
"Mən dedim ki, belə bir şey bilmirəm. Bilirəm ki, orada müstəmləkə əraziləri var idi, lakin sonradan siyasi müstəqillik elan olundu, müstəmləkəçiliyə son qoyuldu. BMT-nin bununla bağlı xüsusi qərarları var. Mən heç yerdə oxumamışam ki, keçmiş müstəmləkələr başqalarının müdaxilə etmək hüququnun olmadığı, daimi şəkildə hansısa dövlətə bağlı ölkələr hesab olunur", - deyə Lavrov vurğulayıb.
"Onların fəlsəfəsi belə idi. Buna görə də, yəqin ki, bu yanaşma artıq fransız həmkarlarımızın genlərindədir və onlar hər kəsi öz arşınları ilə ölçürlər. Bizim arşınımız isə fərqlidir", - deyə Sergey Lavrov əlavə edib./Oxu.Az/
21:21 / 15 May 2026
17
21:10 / 15 May 2026
21
20:59 / 15 May 2026
28
20:55 / 15 May 2026
32
20:22 / 15 May 2026
61
19:57 / 15 May 2026
171
19:47 / 15 May 2026
173
19:38 / 15 May 2026
77
19:17 / 15 May 2026
151
19:09 / 15 May 2026
111
19:01 / 15 May 2026
77
18:50 / 15 May 2026
88
18:40 / 15 May 2026
97
18:28 / 15 May 2026
110
18:07 / 15 May 2026
91
18:00 / 15 May 2026
102
17:47 / 15 May 2026
217
17:12 / 15 May 2026
80
17:00 / 15 May 2026
250
17:00 / 15 May 2026
90
16:56 / 15 May 2026
199
16:38 / 15 May 2026
83
16:35 / 15 May 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.