Bu universitetin müəllimləri maaşından 3 dəfə çox qazana biləcəklər
11 Noyabr 2026, 19:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
525
15.05.2026, 14:54
“Müasir dövrdə Y nəsli ilə Z nəsli arasında həddindən artıq fərqin olduğunu açıq şəkildə görünür”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O, bunun səbəblərindən bəhs edib:
“Y nəsli ilə Z nəsli arasındakı psixoloji fərqlər əsasən böyüdükləri dövrdən, yaşadıqları mühitdən, ailə modelindən və texnologiyadan qaynaqlanır. Bütün bunlar istər-istəməz sözügedən iki nəsli fərqləndirməyə başlayır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, 1980-96-cı illərdə doğulanlar Y nəsli sayılır:
“Onlar, həm internetsiz həyat yaşayıblar, həm də rəqəmsal dövrü görüblər. Buna görə də daha səbirli, uzunmüddətli düşünməyə meyillidirlər və stabillik axtaran nəsil sayılırlar.
Yəni “işim və rahatçılığım olsun” düşüncəsi ilə yaşayan nəsildir. Çünki qeyri-sabit iqtisadi və sosial dəyişiklikləri görərək böyüyüblər. Ümumiyyətlə, Y nəsilləri daha çox dözümlü insanlar sayılırlar. Həmin şəxslər özlərini daha çox real həyatla müqayisə edirlər”.
Ekspert qeyd edib ki, 1997-2012-ci ildə doğulanlar isə Z nəsli sayılırlar:
“Z nəsli artıq tam rəqəmsal dünyanın içində doğulub. İnformasiya sürətlidir və ani nəticə gözləntiləri var. Həmçinin, sosial medianın təsiri və müqayisə ilə böyüyürlər. Onların psixologiyaları fərqli şəkildə formaşlaşır. Bu nəsil daha sürətli düşünür, daha çox danışır və emosiyalarını gizlətmir.
Daha açıq desək, düşüncələrini gizlətməyən insanlardırlar. Lakin daha tez yorulan, diqqəti sürətlə dağılan və psixoloji yüklənməyə olduqca həssas nəsil kimi görünürlər. Yəni psixoloji yüklənməyə davamlı deyillər”.
Psixoloqun sözlərinə görə, Z nəsli sayılan şəxslər öz sərhədlərini qorumağa çalışaraq böyüyüblər və bunu hər zaman ön plana çıxarırlar:
“Onlar, özlərini sosial şəbəkədən olan ideal həyatlarla müqayisə edirlər. Bu da özgüvən, münasibətlər və emosional dayanıqlıqlarda öz təsirini göstərir. Həmçinin, Z nəslinə aid şəxslər “psixoloji təhlükə” içərisində böyüyürlər. Daha çox müqayisə görürlər, daha çox sosial təsdiqə ehtiyac duyurlar və ətrafa nəzərən görünməkdə özlərini məcbur hiss edirlər”.
Nabat Mirzəyeva sözlərini belə yekunlaşdırıb:
“Sözsüz ki, “yaxşı nəsil” və ya “pis nəsil” deyə bir şey yoxdur. Sadəcə hər nəslin beyni, psixologiyası, yaşadığı dövrün şərtləri fərqlidir və ona uyğun formalaşırlar. Nəsillər arasındakı ən əsas fərq yaş deyil, beynin hansı dünyaya uyğunlaşmasıdır”.
19:43 / 11 Noyabr 2026
10
19:33 / 11 Noyabr 2026
21
19:19 / 11 Noyabr 2026
92
19:07 / 11 Noyabr 2026
74
18:42 / 11 Noyabr 2026
336
18:39 / 11 Noyabr 2026
156
18:35 / 11 Noyabr 2026
142
18:30 / 11 Noyabr 2026
159
18:29 / 11 Noyabr 2026
181
18:23 / 11 Noyabr 2026
126
18:17 / 11 Noyabr 2026
183
18:13 / 11 Noyabr 2026
145
18:06 / 11 Noyabr 2026
659
18:01 / 11 Noyabr 2026
107
17:42 / 11 Noyabr 2026
291
17:40 / 11 Noyabr 2026
182
17:35 / 11 Noyabr 2026
406
17:16 / 11 Noyabr 2026
112
17:13 / 11 Noyabr 2026
253
17:12 / 11 Noyabr 2026
114
16:35 / 11 Noyabr 2026
130
16:07 / 11 Noyabr 2026
184
16:04 / 11 Noyabr 2026
488
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.