"Samsung"dan sərt qərar: Bu səhvi etsəniz telefondakı bütün məlumatlar silinəcək
27 İyul 2026, 18:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
550
15.05.2026, 19:38
Azərbaycanda müəllimlərin sertifikasiya prosesi təhsil sistemində keyfiyyətin artırılması baxımından mühüm mexanizmlərdən biri hesab olunur. Müəllimlərin bilik və bacarıqlarının müəyyən aralıqlarla yoxlanılması onların müasir təhsil tələblərinə uyğun fəaliyyət göstərməsini təmin etməyə yönəlib. Lakin son dövrlərdə sertifikasiya imtahanının yalnız müəyyən sayda keçirilməsi və daha sonra müəllimlərin bu prosesdən azad edilməsi məsələsi geniş müzakirələrə səbəb olub.
Bəs müəllimlərin sertifikasiya imtahanından cəmi bir neçə dəfə keçdikdən sonra ömürlük azad edilməsi nə dərəcədə doğru yanaşmadır?
Oxu24.com bildirir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, dünyada gedən sürətli dəyişikliklər bütün peşələrdə yenilənmə zərurəti yaradır:
“Müəllimlərin hər 5 ildən bir sertifikasiyadan keçirilməsi onların yeni baxışlara, dünya görüşünə və kurikulum tələblərinə nə dərəcədə uyğun tədris apardığını müəyyənləşdirmək məqsədi daşıyır.
Azərbaycanda tətbiq olunan model beynəlxalq təcrübəyə uyğunlaşdırılıb. Xüsusilə Qazaxıstan və Ukrayna modelinə yaxın sistem seçilib.
Bu artıq 3 dəfədən artıq keçiriləndən sonra müəllimlər sertifikasiyadan azad olunurlar. İlkin işə başlayan müəllim 3 dəfə sertifikasiyadan keçirsə, bu təxminən 15 illik staj deməkdir. Həmin təcrübə də ona imkan verir ki, növbəti illərdə sertifikasiya imtahanına girməsin”.
Məzahir Məmmədli vurğulayıb ki, üç dəfə uğurla sertifikasiyadan keçən müəllim artıq öz peşəkarlığını və təhsil sisteminə uyğun bilik səviyyəsini sübut etmiş hesab olunur:
“Dünya təcrübəsində də bu cür yanaşmalar mövcuddur. Qazaxıstan və Ukraynada bu müddət 5 il deyil, 3 ildən bir keçirilir. Azərbaycanda isə interval artırılaraq 5 ilə çatdırılıb.
Mövcud sistem həm müəllimlərin peşəkar inkişafını stimullaşdırır, həm də uzun illər yüksək nəticə göstərən pedaqoqlar üçün əlavə yük yaratmır”.
18:22 / 27 İyul 2026
8
18:10 / 27 İyul 2026
41
17:59 / 27 İyul 2026
44
17:40 / 27 İyul 2026
52
17:23 / 27 İyul 2026
132
17:07 / 27 İyul 2026
68
17:00 / 27 İyul 2026
67
16:42 / 27 İyul 2026
69
16:21 / 27 İyul 2026
69
16:18 / 27 İyul 2026
175
16:16 / 27 İyul 2026
91
15:59 / 27 İyul 2026
101
15:45 / 27 İyul 2026
86
15:21 / 27 İyul 2026
94
15:20 / 27 İyul 2026
93
15:17 / 27 İyul 2026
74
14:59 / 27 İyul 2026
87
14:34 / 27 İyul 2026
84
14:28 / 27 İyul 2026
75
14:04 / 27 İyul 2026
105
13:59 / 27 İyul 2026
112
13:55 / 27 İyul 2026
93
13:50 / 27 İyul 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.