Ehtiram Əliyev süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
787
15.05.2026, 18:40
Qurban bayramı Azərbaycan ərazisində Zilhiccə ayının 10-u, mayın 27-nə təsadüf edir.
Oxu24.com xəbər verir ki, bu barədə ilahiyyatçı-alim, QMİ-nin əməkdaşı Samid Quliyev məlumat verib.
Samid Quliyev bayram namazının vaxtını da açıqlayıb. Onun sözlərinə görə, bütün məscidlərdə bayram namazı ayın 27-də qılınacaq:
"Bayram namazı Əjdər bəy məscidində saat 08:00 - da, Təzə Pir məscidində isə 09:00-da qılınacaq. Həmin gündən etibarən 3 gün müddətində qurban kəsimini həyata keçirmək olar.
Qurbanlıq seçərkən heyvanın sağlam olmasına diqqət edilməlidir. Xəstə, çox zəif, kor və ya ciddi qüsurlu heyvanın qurban kəsilməsi bəyənilmir. Həmçinin heyvanın yaşı şəriətə uyğun olmalı və ona əziyyət verilməməlidir.
Qurban əti əsasən ehtiyaclı insanlara, kasıb ailələrə, yetimlərə, şəhid ailələrinə və imkansız qonşulara paylanmalıdır. Qohum və dostlara da pay vermək gözəl əməllərdən sayılır. İnsan öz qurbanından yeyə də bilər.
Qurbanın məqsədi paylaşmaq, mərhəmət göstərmək və cəmiyyətdə birlik yaratmaqdır. Ən gözəl qurban odur ki, bir ehtiyac sahibinin süfrəsinə sevinc aparsın", - qeyd edib.
Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Fətvanı gələn həftə verəcək./Trend/
19:19 / 11 Noyabr 2026
54
19:07 / 11 Noyabr 2026
62
18:42 / 11 Noyabr 2026
313
18:39 / 11 Noyabr 2026
141
18:35 / 11 Noyabr 2026
128
18:30 / 11 Noyabr 2026
151
18:29 / 11 Noyabr 2026
164
18:23 / 11 Noyabr 2026
121
18:17 / 11 Noyabr 2026
179
18:13 / 11 Noyabr 2026
136
18:06 / 11 Noyabr 2026
637
18:01 / 11 Noyabr 2026
105
17:42 / 11 Noyabr 2026
276
17:40 / 11 Noyabr 2026
178
17:35 / 11 Noyabr 2026
379
17:16 / 11 Noyabr 2026
108
17:13 / 11 Noyabr 2026
242
17:12 / 11 Noyabr 2026
112
16:35 / 11 Noyabr 2026
127
16:07 / 11 Noyabr 2026
179
16:04 / 11 Noyabr 2026
454
16:01 / 11 Noyabr 2026
139
16:00 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.