Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
31 İyul 2026, 13:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
529
15.05.2026, 17:00
Almaniyanın Leypsiq şəhərində Azərbaycanın sədrliyi ilə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Sammiti çərçivəsində qlobal nəqliyyat sistemlərinin gələcəyinə dair mühüm müzakirələr aparılır. Ölkəmizin 2026-cı il üzrə bu nüfuzlu quruma rəhbərlik etməsi, Azərbaycanın beynəlxalq logistika xəritəsindəki strateji mövqeyini daha da gücləndirir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu sədrlik Azərbaycanın beynəlxalq nəqliyyat sistemində artan rolunun bariz göstəricisidir. Ekspertin sözlərinə görə, bu, sadəcə bir protokol qərarı deyil, Azərbaycanın illərdir apardığı nəqliyyat siyasətinin beynəlxalq səviyyədə qəbul edilməsidir.
"Azərbaycan artıq bir beynəlxalq “hab’dır"
Eldəniz Cəfərov vurğulayıb ki, bu gün dünya nəqliyyatında əsas diqqət təhlükəsizlik, dayanıqlıq və sürətli marşrutlara yönəlib:
"Beynəlxalq daşıma şirkətlərinin və təşkilatların nəzəri Azərbaycandadır. Ölkəmizə artıq bir beynəlxalq “hab” kimi baxırlar. Xüsusilə geosiyasi dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti ciddi şəkildə artıb və Azərbaycan bu dəhlizin ən əsas bəndlərindən biridir. Ölkəmizin coğrafi mövqeyi ilə yanaşı, liman, dəmir yolu və avtomobil infrastrukturu layihələrinə yatırdığı investisiyalar bu yolun strateji əhəmiyyətini daha da artırıb”.
Ekspert qeyd edib ki, beynəlxalq uğurlar daxili nəqliyyat sistemindəki sürətli modernləşmə ilə tamamlanır. Belə ki, qısa müddət ərzində ölkənin bir çox şəhər və rayonlarında yeni dəmir yolu xətləri çəkilib, müasir qatarlar istifadəyə verilib.
Paytaxt nəqliyyatındakı yeniliklərə toxunan E.Cəfərov deyib:
“Bakıda ictimai nəqliyyatın ekoloji təmiz vasitələrlə idarə olunması, xüsusən də elektrobusların gətirilməsi mühüm addımdır. Eyni zamanda, taksi xidmətində aparılan islahatlar nəticəsində istismar olunan avtomobillər demək olar ki, tamamilə yenilənib”.
Yekun olaraq ekspert bildirib ki, Leypsiq Sammitindəki sədrlik Azərbaycana qlobal nəqliyyat gündəliyini formalaşdırmaq imkanı verir:
"Bu o deməkdir ki, Azərbaycan artıq yalnız tranzit xidməti göstərən ölkə deyil, həm də beynəlxalq nəqliyyat siyasətinin müzakirəsində söz sahibi olan əsas tərəf kimi çıxış edir".
Çimnaz Telmanqızı
13:25 / 31 İyul 2026
1
13:12 / 31 İyul 2026
29
13:07 / 31 İyul 2026
33
13:01 / 31 İyul 2026
36
12:55 / 31 İyul 2026
57
12:52 / 31 İyul 2026
51
12:50 / 31 İyul 2026
60
12:47 / 31 İyul 2026
54
12:40 / 31 İyul 2026
61
12:38 / 31 İyul 2026
294
12:20 / 31 İyul 2026
78
12:18 / 31 İyul 2026
231
12:12 / 31 İyul 2026
109
11:59 / 31 İyul 2026
62
11:58 / 31 İyul 2026
151
11:46 / 31 İyul 2026
354
11:45 / 31 İyul 2026
65
11:33 / 31 İyul 2026
750
11:26 / 31 İyul 2026
77
11:24 / 31 İyul 2026
214
11:23 / 31 İyul 2026
72
11:09 / 31 İyul 2026
78
11:04 / 31 İyul 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.