Ehtiram Əliyev süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
570
15.05.2026, 17:12
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 17-22 mayda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.
Oxu2.com bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Məlumata görə, xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə əlavə heyət və könüllülər cəlb edilib. Könüllülər üçün ADY-də təlim sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün müvafiq qaydalar izah olunub.
WUF13 könüllüləri Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlarla ödənişsiz səfər edə bilərlər.
Forum günlərində sərnişinlərin və dəmir yolu infrastrukturunun təhlükəsizliyinin tam təmin edilməsi üçün vağzallarda və qatarlarda nəzarət tədbirləri gücləndiriləcək və bütün zəruri qabaqlayıcı tədbirlər görüləcək. Hüquq-mühafizə orqanlarının iştirakı ilə stansiyalarda təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət gücləndiriləcək.
ADY Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştiral edərək tədbir çərçivəsində "Şəhərlərin inkişafı və urbanizasiyada ADY-nin rolu" və "Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası" mövzularında infosessiyalar keçirəcək.
WUF13 günlərində hərəkət cədvəli barədə məlumatı dəmiryol kassalarından, www.ady.az saytından, "ADY Mobile" tətbiqindən və ya 24/7 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
19:19 / 11 Noyabr 2026
54
19:07 / 11 Noyabr 2026
62
18:42 / 11 Noyabr 2026
313
18:39 / 11 Noyabr 2026
141
18:35 / 11 Noyabr 2026
128
18:30 / 11 Noyabr 2026
151
18:29 / 11 Noyabr 2026
164
18:23 / 11 Noyabr 2026
121
18:17 / 11 Noyabr 2026
179
18:13 / 11 Noyabr 2026
136
18:06 / 11 Noyabr 2026
637
18:01 / 11 Noyabr 2026
105
17:42 / 11 Noyabr 2026
276
17:40 / 11 Noyabr 2026
178
17:35 / 11 Noyabr 2026
379
17:16 / 11 Noyabr 2026
108
17:13 / 11 Noyabr 2026
242
17:12 / 11 Noyabr 2026
112
16:35 / 11 Noyabr 2026
127
16:07 / 11 Noyabr 2026
179
16:04 / 11 Noyabr 2026
454
16:01 / 11 Noyabr 2026
139
16:00 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.