"Arzum" gecələr yatmır, təcili yardım çağırdıq"
27 İyul 2026, 16:42
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
703
14.05.2026, 11:13
Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni baxımdan və tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasındakı çıxışında deyib.
“Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri tam və hərtərəfli anlayır. Bunun tarixi bir səbəbi də var, çünki Azərbaycan da müstəqillik illərində və ümumilikdə bütün tarixi boyunca bu çətinlikləri və problemləri yaşayıb. Xüsusilə müstəmləkəçilik və yeni müstəmləkəçilik elementlərini vurğulamaq istərdim. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Təəssüf edirik ki, bu praktika qlobal səviyyədə hələ də davam edir, sadəcə yeni forma və təzahürlər qazanır”, - Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə yeni müstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri elan edib: “Təəssüf edirik ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsi indiyədək öz mandatını tam yerinə yetirə bilmir, çünki bəzi ölkələr dekolonizasiya prosesinə müqavimət göstərirlər”.
Hikmət Hacıyev Qlobal Cənubun dünya nizamının formalaşdırılmasında rolunun məhdudlaşdırıldığına diqqət çəkib.
“Çox sevindiricidir ki, İkinci Dünya müharibəsindən sonra, xüsusilə 1960-cı illərdə Qlobal Cənubun bir çox ölkələri müstəqillik qazandılar. Amma yenə də keçmişi inkar edə bilmərik və yeni müstəmləkəçilik elementləri Qlobal Cənub ölkələrinin yerləşdiyi bəzi bölgələrdə hələ də hökm sürməkdə davam edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri, eləcə də COP29-un sədri və prezidenti kimi Qlobal Cənub ölkələrinin inkişafına və əməkdaşlığına böyük töhfə verib. Məmnunluqla qeyd edirəm ki, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə bizim Qlobal Cənub ölkələri ilə hərtərəfli əməkdaşlığımız mövcuddur və bu əməkdaşlıq bir çox müxtəlif sahədə inkişaf etməkdə davam edir. Lakin etiraf etməliyik ki, biz qlobal nizamsızlıq dövründə yaşayırıq. Yeni təhdidlər, yeni çağırışlar və yeni qeyri-müəyyənliklər meydana çıxır. Təəssüf ki, tarix boyu yeni qlobal nizam formalaşarkən Qlobal Cənub masada təmsil olunmayıb. Xüsusilə İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib”, - Prezidentin köməkçisi vurğulayıb.
Hikmət Hacıyev bu vəziyyətin davam etməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb: “Hazırda isə daha böyük potensialı və dünya əhalisinin 80 faizinin Qlobal Cənub ölkələrində yaşadığını nəzərə alaraq, biz yeni dünya nizamının formalaşmasını sadəcə müşahidə edən və kənardan baxan tərəf ola bilmərik. Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər. Beynəlxalq institutların hazırkı strukturu, xüsusilə BMT Təhlükəsizlik Şurası müasir dünyanın reallıqlarını əks etdirmir. Bu institutda Qlobal Cənubun səsi kifayət qədər eşidilmir. Həmçinin ədalətli coğrafi təmsilçilik də təmin edilməyib. Biz hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının islahatı prosesində xüsusilə Qlobal Cənubun səsi və onun ədalətli təmsilçiliyi təmin olunmalıdır. Azərbaycan çoxtərəfliliyin qətiyyətli tərəfdarıdır”.
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.