Avropa liderləri Prezident İlham Əliyevin mövqeyinə niyə xüsusi maraq göstərir? - TƏHLİL
11 Noyabr 2026, 20:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
514
14.05.2026, 10:44
Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.
O, Azərbaycanın özünü Qlobal Cənubun bir hissəsi hesab etdiyini diqqətə çatdırıb:
"Biz coğrafi, tarixi, mədəni baxımdan və həmçinin taleyimiz etibarilə Qlobal Cənubun bir hissəsiyik. Çünki Azərbaycan da müstəqilliyi dövründə və ümumilikdə bütün tarixi boyunca bu çətinliklərdən keçib. Xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik məsələlərini vurğulamaq istəyirəm. Qlobal Cənub ölkələri tarix boyu çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzərində qalan bir yaradır. Təəssüf ki, bu praktikanın bu gün də qlobal səviyyədə yeni forma və təzahürlərlə davam etdiyini görürük. Azərbaycan Qlobal Cənub ölkələrinin qarşılaşdığı bütün çətinlikləri və problemləri tam şəkildə anlayır".
H.Hacıyev Azərbaycanın 2019–2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyənləşdirdiyini xatırladıb.
O həmçinin təəssüflə qeyd edib ki, BMT-nin Dekolonizasiya Komitəsi bu günədək öz mandatını tam şəkildə yerinə yetirə bilmir: "Çünki bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər".
20:58 / 11 Noyabr 2026
11
20:49 / 11 Noyabr 2026
188
20:47 / 11 Noyabr 2026
31
20:28 / 11 Noyabr 2026
53
20:22 / 11 Noyabr 2026
76
20:19 / 11 Noyabr 2026
55
20:08 / 11 Noyabr 2026
62
19:57 / 11 Noyabr 2026
331
19:49 / 11 Noyabr 2026
89
19:43 / 11 Noyabr 2026
80
19:33 / 11 Noyabr 2026
99
19:19 / 11 Noyabr 2026
153
19:07 / 11 Noyabr 2026
102
18:42 / 11 Noyabr 2026
447
18:39 / 11 Noyabr 2026
215
18:35 / 11 Noyabr 2026
174
18:30 / 11 Noyabr 2026
204
18:29 / 11 Noyabr 2026
231
18:23 / 11 Noyabr 2026
141
18:17 / 11 Noyabr 2026
228
18:13 / 11 Noyabr 2026
178
18:06 / 11 Noyabr 2026
803
18:01 / 11 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.