İlham Əliyev Qanun İMZALADI
05 May 2026, 16:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
51
05.05.2026, 15:55
Prezident İlham Əliyev: "İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır" – Bakıdakı görüşdən mühüm MESAJLAR
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn İtaliya Respublikası Nazirlər Şurasının sədri Corciya Meloni ilə görüşüb. Yüksək səviyyəli qəbul zamanı iki ölkə arasındakı strateji tərəfdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri geniş müzakirə olunub.
Görüşdən sonra mətbuata bəyanatla çıxış edən dövlət başçısı İlham Əliyev münasibətlərin iqtisadi təməllərinə diqqət çəkərək deyib:
“Bizim ölkələrimiz strateji tərəfdaşlardır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır”.
Bu strateji tərəfdaşlıq təkcə enerji sektorunu deyil, həm də qeyri-neft iqtisadiyyatını, təhsil və mədəniyyət sahələrini əhatə edir. Xüsusilə Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolu və italyan şirkətlərinin ölkəmizdəki fəaliyyəti bu əlaqələrin onurğa sütununu təşkil edir.
Politoloq Tural İrfan: "İtaliyanın Baş nazirinin səfəri əməkdaşlığı daha da sürətləndirəcək"
Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Tural İrfan iki ölkə arasındakı əlaqələrin dərinliyini və bu səfərin əhəmiyyətini belə şərh edib:
"Azərbaycan və İtaliya arasında yüksək tempdə inkişaf edən əlaqələr və əməkdaşlıq mövcuddur. İtaliyanın Baş nazirinin Azərbaycana səfəri də bu əməkdaşlığı daha da sürətləndirəcək. İtaliya Baş nazirinin Azərbaycan Respublikası Prezidenti ilə görüşündə toxunulan məsələlər də onu göstərir ki, ölkələr arasında münasibətlər yüksək səviyyədədir. İtaliya və Azərbaycanın xüsusilə son illərdə yüksələn xətlə inkişaf edən, qarşılıqlı etimada əsaslanan çoxşaxəli strateji tərəfdaşlığa malik olması qarşıda daha səmərəli və yeni iqtisadi üfüqlər, imkanlar açır”:
Həmçinin oxuyun
Onun sözlərinə görə, İtaliya Azərbaycanın Avropada ən böyük ticarət tərəfdaşı və neft-qaz məhsullarının əsas alıcısıdır:
“Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz tədarükündə mühüm rol oynayır. Xüsusilə iqtisadiyyat sahəsində İtaliya və Azərbaycan arasında mühüm əlaqələr var. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. İki ölkə arasında ticarət dövriyyəsi də yüksək səviyyədədir və bu təkcə energetika sahəsini əhatə etmir. Energetikadan kənar sahələrdə də iqtisadi əlaqələr inkişaf edir”.
Politoloq ölkələr arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin olduğunu da vurğulayıb:
“Bu bəyannamələrdən doğan prinsipləri əsas götürərək hər iki ölkə əksər sahələrdə yaxınlaşmaqda davam edir. İtaliya Cənubi Qafqazda, xüsusilə Azərbaycanla münasibətlərdə aktiv diplomatiya yürüdür ki, bu da Azərbaycan üçün əhəmiyyətlidir. Bununla yanaşı italyan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, əsasən Qarabağ və Şərqi Zəngəzur bölgələrində infrastruktur layihələrində, şəhərsalma və mədəni irsin bərpası işlərində fəal iştirak edir.
İtaliya və Azərbaycan arasında siyasi, iqtisadi sahələrlə yanaşı humanitar yöndə də yaxın əlaqələr mövcuddur. Humanitar sahədə, xüsusilə mədəniyyət, incəsənət və təhsil mübadiləsi strateji xarakter daşıyır. İtaliyanın Baş nazirinin Azərbaycana bu səfərin çərçivəsində müzakirə mövzusu olan sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyulduğunun şahidi olacağımıza ümid edirəm. Hər bir halda İtaliyanın Baş nazirinin səfəri, müsbət tempdə inkişaf edən əlaqələr təkcə İtaliyada deyil, bütöv Avropada Azərbaycana xüsusi diqqətin olduğunu göstərir”,-deyə politoloq fikini tamamlayıb.
Çimnaz Telmanqızı
17:17 / 05 May 2026
13
17:05 / 05 May 2026
16
16:58 / 05 May 2026
36
16:52 / 05 May 2026
29
16:50 / 05 May 2026
24
16:37 / 05 May 2026
41
16:36 / 05 May 2026
499
16:30 / 05 May 2026
485
16:19 / 05 May 2026
103
16:17 / 05 May 2026
50
16:09 / 05 May 2026
43
16:06 / 05 May 2026
45
15:45 / 05 May 2026
44
15:40 / 05 May 2026
61
15:35 / 05 May 2026
55
15:29 / 05 May 2026
465
15:20 / 05 May 2026
188
15:11 / 05 May 2026
280
15:05 / 05 May 2026
1065
15:03 / 05 May 2026
81
15:00 / 05 May 2026
70
14:58 / 05 May 2026
66
14:42 / 05 May 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.