Yeni nazir müavini təyin OLUNDU
27 İyul 2026, 18:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1657
30.04.2026, 16:54
Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin əhatə dairəsi müəyyənləşib.
Oxu24.com xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin müvafiq Fərmanla təsdiq etdiyi Dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydalarında əks olunub.
Qaydalara əsasən, tənzimləyici pilot layihələrin əhatə dairəsi aşağıdakı kimi təsbit olunub:
- tənzimləyici pilot layihələrin aşağıdakı rəqəmsal texnologiyaların tətbiqi əsasında həyata keçirilməsi:
- "süni intellekt" texnologiyaları (maşın öyrənməsi, təbii dil emalı, böyük həcmli məlumatların emalı, analitik təhlili və s.);
- "bulud" texnologiyaları və yüksək səviyyəli hesablama texnologiyaları;
- sahəvi (maliyyə, aqrar, təhsil, tibbi və s.) tətbiqyönümlü rəqəmsal texnologiyalar;
- "ağıllı şəhər" texnologiyaları ("əşyaların interneti", yaşıl texnologiyalar, telesəhiyyə, nəqliyyatın intellektual idarə edilməsi və s.);
- rəqəmsal mühitdə istifadəçilərdə real mövcudluq və iştirak hissi yaradan texnologiyalar (artırılmış reallıq, virtual reallıq, metakainat və s.);
- tənzimləyici pilot layihələrin həyata keçirilməsinin bu Qaydaların 1.4-cü bəndində nəzərdə tutulmuş məqsədlərdən azı birinə nail olmağa yönəlməsi;
- tənzimləyici pilot layihələrin həyata keçirilməsi zamanı digər dövlət qurumlarının səlahiyyətlərinə müdaxilə etmədən mövcud hüquqi tənzimləmədən kənara çıxılması zərurəti olduğu təqdirdə (bu Qaydaların 1.8-ci bəndi nəzərə alınmaqla).
19:15 / 27 İyul 2026
1
19:13 / 27 İyul 2026
5
19:02 / 27 İyul 2026
14
18:48 / 27 İyul 2026
265
18:45 / 27 İyul 2026
64
18:33 / 27 İyul 2026
53
18:30 / 27 İyul 2026
397
18:22 / 27 İyul 2026
54
18:20 / 27 İyul 2026
2850
18:10 / 27 İyul 2026
59
17:59 / 27 İyul 2026
66
17:40 / 27 İyul 2026
76
17:23 / 27 İyul 2026
157
17:07 / 27 İyul 2026
81
17:00 / 27 İyul 2026
82
16:42 / 27 İyul 2026
74
16:21 / 27 İyul 2026
79
16:18 / 27 İyul 2026
202
16:16 / 27 İyul 2026
100
15:59 / 27 İyul 2026
106
15:45 / 27 İyul 2026
90
15:21 / 27 İyul 2026
99
15:20 / 27 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.