Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
908
30.04.2026, 10:49
Son dövrlərdə Qəbələdə keçirilən görüşlər yenidən diqqət mərkəzinə düşüb. Belə tədbirlərdən biri 11 aprel 2026-cı il tarixində baş tutub. Həmin gün Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Görüşdə hər iki ölkədən vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. Tərəflər arasında etimadın artırılması, regional dialoq və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan əvvəl isə 7 oktyabr 2025-ci ildə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev və təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları iştirak edərək siyasi, iqtisadi və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Müşahidələr göstərir ki, son illərdə həm beynəlxalq, həm də regional əhəmiyyətli görüşlərin məhz Qəbələdə keçirilməsi şəhərin siyasi çəkisinin artdığını göstərir.
Oxu24.com mövzu ilə bağlı politoloq Turab Rzayevlə həmsöhbət olub.
Politoloq bildirib ki, Qəbələ Azərbaycanın ən qədim şəhərlərindən biri olmaqla yanaşı, tarixən də mühüm siyasi mərkəz olub. Onun sözlərinə görə, Qafqaz Albaniyası dövründə paytaxt funksiyasını daşıması bu şəhərin strateji əhəmiyyətinin köklü olduğunu göstərir.
Ekspert qeyd edib ki, hazırda Qəbələdə dövlət və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq sistemli xarakter alır və bu da şəhərin logistika, təhlükəsizlik və infrastruktur baxımından hazır olduğunu sübut edir.
“Dövlət səviyyəli tədbirlərin Qəbələdə keçirilməsi şəhərin gələcəkdə daha böyük siyasi rol oynaya biləcəyinə müəyyən işarə kimi qiymətləndirilə bilər. Amma bu, hələlik paytaxtın köçürülməsi demək deyil”, – deyə o bildirib.
Turab Rzayev əlavə edib ki, Bakının yüklənməsi fonunda alternativ modellər – paytaxt funksiyalarının bölüşdürülməsi və ya bəzi dövlət tədbirlərinin digər şəhərlərə keçirilməsi zaman-zaman müzakirə oluna bilər.
Onun fikrincə, Qəbələ artıq təkcə turizm deyil, həm də siyasi və diplomatik platforma kimi formalaşmağa başlayıb.
Çimnaz Telmanqızı
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.