"Arzum" gecələr yatmır, təcili yardım çağırdıq"
27 İyul 2026, 16:42
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
788
29.04.2026, 22:52
Son günlər İranın radikal dairələri, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH)bağlı media resursları Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına start verib. Yayılan iddialarda guya İrana endirilən zərbələrin Azərbaycan ərazisindən idarə olunduğu və ölkəmizin şimal-qərb sərhədlərində quru əməliyyatlarına hazırlıq getdiyi bildirilir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasətçi Sərdar Cəlaloğlu və politoloq Sədrəddin Soltan İran daxilindəki ikihakimiyyətliliyin və radikal qüvvələrin bölgədəki təhlükəli oyunlarını şərh ediblər.
Siyasətçi Sərdar Cəlaloğlu İranın apardığı xarici siyasəti kəskin tənqid edərək bildirib ki, bu dövlət hazırda dərin bir böhran içindədir:
“İran bu gün ətraf ölkələrə "çamur atmaqla" onları öz taleyinə ortaq etməyə çalışır. Lakin heç bir dövlət İranın bu avantürist siyasətinin ağırlığını öz üzərinə götürmək niyyətində deyil.
İranda hazırda iki fərqli güc mərkəzi var. Prezident Məsud Pezeşkian və tərəfdarları Azərbaycan və Türkiyə ilə xoş münasibətlərin tərəfdarı olsa da, SEPAH-a bağlı radikal şovinistlər münaqişəni genişləndirmək üçün bəhanə axtarırlar.
*Azərbaycan ərazisində nə ABŞ, nə də İsrailin hərbi bazası var. Müasir texnologiya əsridir və hansı raketin haradan qalxdığını hamı bilir. SEPAH öz məğlubiyyətini digər müsəlman ölkələrinin onlara "lazımi kömək etməməsi" ilə ört-basdır etməyə çalışır”.
Siyasətçi qeyd edir ki, Azərbaycan hökuməti bu ittihamlara net və qəti surətdə cavab verməlidir. Cəmiyyətimiz və dövlətimiz həm hərbi, həm mənəvi cəhətdən qonşuluqdakı bu müharibənin təsirlərinə və hər cür avantüraya hazır olmalıdır.
Politoloq Sədrəddin Soltan isə məsələnin strateji tərəflərinə toxunaraq bildirib ki, SEPAH-ın bu addımları sistematik xarakter daşıyır:
“Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bəri SEPAH respublikanın dövlət quruluşuna və ideologiyasına qarşı ləkələmə kampaniyası aparır.
SEPAH-a bağlı media 2025-ci ilin yayındakı qarşıdurmalar zamanı Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatlar keçirildiyi barədə yalanlar yayıb. Hətta bu təbliğatı Güney Azərbaycan türklərinin adından aparmağa çalışsalar da, bu plan baş tutmayıb.
İran prezidenti Məsud Pezeşkian özü bəyan edib ki, Azərbaycan ərazisindən İrana qarşı heç bir hərbi əməliyyat keçirilməyib. Azərbaycan tərəfi də ölkəmizin heç bir qonşuya qarşı plasdarm olmadığını dəfələrlə bəyan edib.
SEPAH-ın hikkəli siyasəti İranı bütün müsəlman dünyası – İraq, Suriya, Pakistan və Körfəz ölkələri ilə düşmən edib. Qonşuları İrana inanmır, sadəcə "yola verirlər".
Politoloq əlavə edib ki, ərazisində Rusiya qoşunları, ABŞ-ın nəhəng səfirliyi və Aİ monitorinq missiyası olan Ermənistan barədə SEPAH heç vaxt "hücum" iddiası irəli sürmür. Bu da SEPAH-ın məqsədinin münasibətləri normallaşdırmaq istəyən islahatyönlü hökumətə qarşı çıxmaq olduğunu göstərir.
Bakı hansı diplomatik addımları atmalıdır?
Ekspertlərin fikirlərinə əsasən, rəsmi Bakı bu təxribatlara qarşı aşağıdakı addımları gücləndirməlidir:
-Xarici İşlər Nazirliyi səviyyəsində faktlara əsaslanan (peyk görüntüləri və texnoloji sübutlar) rəsmi bəyanatlar yayılmalı, beynəlxalq qurumlar məlumatlandırılmalıdır.
-İrandakı mövcud islahatyönlü hökumətlə (Pezeşkian xətti) diplomatik kanallar vasitəsilə danışıqlar aparılmalı, SEPAH-ın iki ölkə arasındakı münasibətlərə zərbə vuran fəaliyyəti rəsmi şəkildə pislənilməlidir.
-Azərbaycanın heç bir kənar gücün plasdarmı olmadığı beynəlxalq mediada daha aktiv şəkildə işıqlandırılmalı, Ermənistanın ərazisindəki kəşfiyyat potensialı ilə müqayisəli təhlillər təqdim edilməlidir.
-Diplomatik addımlarla paralel olaraq, sərhəd boyu hərbi və kəşfiyyat hazırlığı ən yüksək səviyyədə saxlanılmalıdır.
Hazırladı: Çimnaz Telmanqızı
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.