Milli Məclis TƏSDİQLƏDİ: Ticarətin Asanlaşdırılması mərkəzləri olacaq
29 Aprel 2026, 15:19
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
53
29.04.2026, 14:42
Prezident İlham Əliyevin “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncam dövlətin vətəndaşa yönəlik sosial siyasətinin və operativ idarəçilik modelinin növbəti mühüm təzahürüdür.
Təbii fəlakətlərin yaratdığı fəsadlar və operativ müdaxilə
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili APA-ya açıqlamasında bildirib ki, bu sərəncam təkcə mövcud problemlərin aradan qaldırılmasına deyil, həm də gələcək risklərin minimuma endirilməsinə xidmət edən kompleks yanaşmanı özündə ehtiva edir: “Mart–aprel aylarında müşahidə olunan intensiv leysan yağışları nəticəsində yaranan sel və daşqınlar bir sıra bölgələrdə, o cümlədən paytaxt Bakıda ciddi fəsadlar törədib. Kənd təsərrüfatına, nəqliyyat və enerji infrastrukturuna, eləcə də vətəndaşların yaşayış evlərinə dəyən ziyan operativ müdaxiləni zəruri edib. Aidiyyəti dövlət qurumlarının qısa müddətdə gördüyü tədbirlər nəticəsində vəziyyət nəzarət altına alınıb, əhalinin təhlükəsizliyi təmin edilib və ilkin bərpa işlərinə başlanılıb. Dövlət başçısının imzaladığı Sərəncam bu prosesin daha sistemli və davamlı şəkildə həyata keçirilməsinə zəmin yaradır. Bu sərəncam göstərir ki, dövlət yalnız fövqəladə vəziyyətlərə reaksiya verməklə kifayətlənmir, eyni zamanda belə halların təkrarlanmaması üçün qabaqlayıcı addımlar atır. Ayrılan maliyyə vəsaiti həm mövcud zərərin aradan qaldırılmasına, həm də gələcəkdə oxşar risklərin azaldılmasına yönəlib”.
Deputatın sözlərinə görə, Sərəncamla ümumilikdə 85 milyondan artıq vəsaitin ayrılması mühüm sosial-iqtisadi əhəmiyyət daşıyır. Bu vəsaitin müxtəlif dövlət qurumları arasında bölüşdürülməsi isə işlərin koordinasiyalı şəkildə həyata keçirilməsinə imkan verəcək. Belə ki, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Su Ehtiyatları Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi və “Azərişıq” ASC kimi qurumların prosesə cəlb olunması kompleks yanaşmanın təmin edilməsinə xidmət edir.
Zərərçəkmiş vətəndaşlara real dəstək
Tahir Mirkişili qeyd edib ki, ayrılan vəsait ilk növbədə zərər çəkmiş vətəndaşların problemlərinin həllinə yönəldiləcək: “Sel və daşqınlardan zərər görmüş evlərin bərpası, yeni fərdi yaşayış evlərinin tikintisi, zədələnmiş yolların, körpülərin, elektrik və su xətlərinin təmiri bu vəsait hesabına həyata keçiriləcək. Eyni zamanda, vətəndaşlara kompensasiya ödənişlərinin verilməsi onların sosial rifahının qorunmasına mühüm töhfə verəcək. Bu yanaşma dövlətin sosial ədalət prinsipinə sadiqliyini bir daha nümayiş etdirir. Dövlət bir daha sübut edir ki, heç bir vətəndaş təbii fəlakət qarşısında tək qalmır. Əksinə, belə çətin məqamlarda dövlət vətəndaşının yanında olur, onun problemlərinin həlli üçün bütün resurslarını səfərbər edir. Bir çox ölkələrdə oxşar təbii fəlakətlər zamanı dövlət dəstəyi ya gecikir, ya da yetərli olmur. Azərbaycanda isə vəziyyət tam fərqlidir. Prezidentin birbaşa sərəncamı ilə vəsait dərhal ayrılır və icra mexanizmi işə düşür. Bu isə dövlət idarəçiliyinin yüksək səviyyədə təşkil olunduğunu və vətəndaş məmnuniyyətinin prioritet olduğunu göstərir”.
Həmçinin oxuyun
Gələcəyə yönəlik infrastruktur layihələri
Deputatın fikrincə, Sərəncamın ən mühüm tərəflərindən biri onun yalnız cari problemlərin həllinə deyil, həm də uzunmüddətli dayanıqlılığın təmin edilməsinə yönəlməsidir: “Ayrılan vəsait hesabına istinad divarlarının tikintisi, drenaj sistemlərinin yenilənməsi, su ötürücü kanalların genişləndirilməsi və möhkəmləndirilməsi kimi mühüm infrastruktur layihələri həyata keçiriləcək. Bu tədbirlər iqlim dəyişikliyi fonunda artan təbii risklərin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Son illər dünyada iqlim dəyişikliklərinin təsiri daha qabarıq şəkildə hiss olunur və bu, ekstremal hava hadisələrinin sayının artmasına səbəb olur. Azərbaycan da bu prosesdən kənarda deyil və bu baxımdan qabaqlayıcı tədbirlərin görülməsi strateji əhəmiyyət daşıyır. Prezidentin imzaladığı bu Sərəncam ölkənin iqlim dəyişikliklərinə adaptasiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Regionların inkişafına töhfə və vətəndaşın rifahı
Tahir Mirkişili hesab edir ki, həyata keçiriləcək tədbirlər yalnız mövcud problemlərin həllinə deyil, həm də regionların davamlı inkişafına töhfə verəcək: “İnfrastrukturun bərpası və təkmilləşdirilməsi iqtisadi aktivliyin artmasına, kənd təsərrüfatının inkişafına və ümumilikdə regionların sosial-iqtisadi potensialının güclənməsinə şərait yaradacaq”.
Deputat vurğulayıb ki, bu Sərəncam dövlətin vətəndaşa xidmət edən siyasətinin bariz nümunəsidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi insan amilinin qorunması, vətəndaşların rifahının yüksəldilməsi və ölkənin dayanıqlı inkişafının təmin edilməsidir. Sel və daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı görülən tədbirlər də bu siyasətin tərkib hissəsidir və öz müsbət nəticələrini yaxın zamanda daha aydın şəkildə göstərəcək”.
16:15 / 29 Aprel 2026
2
16:09 / 29 Aprel 2026
14
15:55 / 29 Aprel 2026
25
15:50 / 29 Aprel 2026
30
15:48 / 29 Aprel 2026
34
15:38 / 29 Aprel 2026
29
15:37 / 29 Aprel 2026
37
15:33 / 29 Aprel 2026
29
15:30 / 29 Aprel 2026
134
15:19 / 29 Aprel 2026
161
15:10 / 29 Aprel 2026
40
14:59 / 29 Aprel 2026
46
14:55 / 29 Aprel 2026
124
14:47 / 29 Aprel 2026
62
14:40 / 29 Aprel 2026
137
14:34 / 29 Aprel 2026
207
14:04 / 29 Aprel 2026
1238
13:45 / 29 Aprel 2026
62
13:33 / 29 Aprel 2026
48
13:23 / 29 Aprel 2026
54
13:18 / 29 Aprel 2026
606
13:05 / 29 Aprel 2026
198
13:00 / 29 Aprel 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.