Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
484
29.04.2026, 13:33
29 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb.
XİN-dən Oxu24.com-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub.
Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib.
Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər regional əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə toxunaraq, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Həmçinin Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (UNESCAP) sədrliyinin məmnunluqla qarşılandığı Koreya tərəfindən vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.