Zahid Oruc: Rəqəmsal sektora xüsusi vergi dəstəyi veriləcək
07 İyul 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
775
29.04.2026, 13:05
Azərbaycan-Çexiya münasibətləri strateji müstəvidə: Enerji təhlükəsizliyi və yeni iqtisadi perspektivlər
Çexiya Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri həm ikitərəfli əlaqələr, həm də Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir. Səfər zamanı aparılan müzakirələr və verilən bəyanatlar göstərir ki, tərəflər arasında əməkdaşlığın miqyası yeni müstəviyə keçir.
Oxu24.com xəbər verir ki, siyasi şərhçi Müşfiq Abdulla bu səfərin pərdəarxası məqamlarını və gələcək perspektivləri şərh edib.
Onun təhlilinə görə, Çexiyanın Azərbaycanla yaxınlaşması təkcə iqtisadi maraqlara deyil, həm də qlobal enerji böhranından çıxış yollarının axtarılmasına söykənir:
"Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə söykənsə də, eyni zamanda Avropa İttifaqı üçün də strateji əhəmiyyət kəsb edən bir məsələdir. Çünki, konkret səfər zamanı verilən bəyanatlardan və çıxışlardan da məlum oldu ki, bu səfərin gündəliyində birinci yerdə “enerji sahəsində əməkdaşlıq”mövzusu dayanır.Çexiya Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində, hətta müdafiə sənayesi, təhsil, metropoliten, elm və digər sahələrdə də əməkdaşlığı genişləndirmək niyyətindədir. Lakin buna baxmayaraq, Babişin Azərbaycana gəlməsini zəruri edən başlıca mövzu enerji sektorudur”.
Şərhçinin sözlərinə görə, İranda müharibə risklərinin artması və ərəb ölkələrinin Avropa İttifaqına sıxılmış qaz tədarükünü (Hörmüz boğazındakı böhranla əlaqədar) dayandırmasından sonra Azərbaycanın təbii qazına olan tələbat kəskin artıb.
Digər tərəfdən, Avropa İttifaqının 2027-ci ilə qədər Rusiya qazından asılılığı tamamilə dayandırmaq qərarı bu quruma daxil olan ölkələri alternativ bazarlar axtarmağa sövq edir:
“Azərbaycan "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropaya mavi yanacaq ixrac edən ölkə kimi həm Çexiyanın, həm də Avropa İttifaqının strateji müttəfiqidir. Azərbaycan 1995-ci ildən bəri Avropanın enerji təhlükəsizliyində mühüm yer tutur və son hadisələr ölkəmizin bu rolu yenidən gündəmə gətirib”.
Müşfiq Abdulla qeyd edib ki, Çexiya Azərbaycanın neft idxalçısıdır və perspektivdə təbii qaz idxalını da artırmağa çalışır. Hazırda Avropada yaşanan sənaye böhranı (gübrə və sıxılmış qazın çatışmazlığı) Azərbaycan yanacağına olan ehtiyacı daha da qabardır. Yaxın günlərdə İtaliyanın Baş naziri Corcia Meloninin də Azərbaycana səfəri gözlənilir ki, bu da enerji sahəsindəki marağın göstəricisidir:
“Digər mühüm məqam Azərbaycanın Şərqlə Qərb arasında “logistik qovşağa (hub)” çevrilməsidir. Zəngəzur dəhlizinin açılmasına dair razılığın əldə olunması Çin və Avropa arasındakı nəqliyyat-ticarət yollarını işlək vəziyyətə gətirir. Çin mallarının əsas idxalçılarından olan Çexiya üçün Azərbaycan həm də Mərkəzi Asiya və Çinə çıxış üçün əsas tranzit körpüsüdür. Bu səbəbdən Çexiya Azərbaycanla logistika sahəsində də əməkdaşlığı gücləndirmək istəyir”.
Çimnaz Telmanqızı
13:40 / 07 İyul 2026
1
13:36 / 07 İyul 2026
14
13:29 / 07 İyul 2026
27
13:23 / 07 İyul 2026
39
13:15 / 07 İyul 2026
51
13:10 / 07 İyul 2026
380
12:54 / 07 İyul 2026
165
12:53 / 07 İyul 2026
61
12:42 / 07 İyul 2026
65
12:31 / 07 İyul 2026
296
12:25 / 07 İyul 2026
69
12:18 / 07 İyul 2026
130
12:00 / 07 İyul 2026
921
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
204
11:51 / 07 İyul 2026
64
11:33 / 07 İyul 2026
81
11:22 / 07 İyul 2026
114
11:10 / 07 İyul 2026
86
11:09 / 07 İyul 2026
93
11:05 / 07 İyul 2026
84
11:01 / 07 İyul 2026
251
10:53 / 07 İyul 2026
476
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.