Bakını hədələyən iranlı deputata sərt cavab: “3-4 saata yox olmaq qorxusu öz ölkənizdədir"
10 İyun 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2680
28.04.2026, 12:18
Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayırıb.
Oxu24.com-un məlumatına görə, bununla bağlı dövlət başçısı Sərəncam imzalayıb.
Sənəddə qeyd olunub ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurub.
"Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib", - sənəddə deyilir.
Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 260 manat ayrılıb.
Bu vəsaitdən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 600 manat və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 260 manat vəsait ayrılacaq.
11:13 / 10 İyun 2026
1
11:06 / 10 İyun 2026
92
11:01 / 10 İyun 2026
28
10:53 / 10 İyun 2026
36
10:50 / 10 İyun 2026
68
10:34 / 10 İyun 2026
69
10:32 / 10 İyun 2026
52
10:30 / 10 İyun 2026
64
10:24 / 10 İyun 2026
81
10:18 / 10 İyun 2026
59
10:16 / 10 İyun 2026
57
10:08 / 10 İyun 2026
623
10:02 / 10 İyun 2026
107
09:58 / 10 İyun 2026
103
09:45 / 10 İyun 2026
59
09:43 / 10 İyun 2026
54
09:42 / 10 İyun 2026
61
09:40 / 10 İyun 2026
200
09:39 / 10 İyun 2026
65
01:04 / 10 İyun 2026
317
00:24 / 10 İyun 2026
391
00:01 / 10 İyun 2026
228
23:52 / 09 İyun 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.