Zahid Oruc: Rəqəmsal sektora xüsusi vergi dəstəyi veriləcək
07 İyul 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
507
27.04.2026, 12:59
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün danışıqların Azərbaycanda keçirilməsi təklifi ilə çıxış edib. Bu təklif Bakının beynəlxalq arenadakı vasitəçilik potensialını yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Telman Nüsrətoğlu bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas parametrlərindən biri qarşılıqlı əməkdaşlıq və dünyada təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir.
Onun sözlərinə görə, rəsmi Bakı əvvəllər də Rusiya-ABŞ, Türkiyə-İsrail kimi tərəflərin dialoquna uğurla ev sahibliyi edib.
Bəs niyə Bakı?
Politoloq qeyd edib ki, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə balanslı və strateji münasibətlərə malik nadir ölkələrdən biridir:
“Azərbaycan Ukrayna ilə humanitar sahədə sıx əməkdaşlıq edir, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.
Rusiya ilə yaxın qonşuluq əlaqələri mövcuddur. Azərbaycan bu diplomatik təmaslardan istifadə edərək müharibənin dayandırılması üçün vasitəçilik edə biləcək ən önəmli ölkələrdən biridir”.
Telman Nüsrətoğlu vurğulayıb ki, bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nüfuzu və dünya liderləri ilə qurduğu yaxın münasibətlər həlledici rol oynayır. Bakının həm coğrafi, həm də siyasi baxımdan əlverişli mövqeyi tərəflər üçün etibarlı platforma yaradır.
"Müharibə uşaqların, qadınların və yaşlıların ölümü deməkdir, böyük bir humanitar fəlakətdir. Müharibədən əziyyət çəkən bir ölkə kimi Azərbaycan bu fəlakəti sonlandırmaq üçün humanitar və insani nöqteyi-nəzərdən hər cür təşəbbüs göstərə bilər”,– deyə politoloq əlavə edib.
Politoloqun fikrincə, Azərbaycanın həm iqtisadi maraqları, həm də regional təhlükəsizlik prioritetləri bu vasitəçilik missiyasını həm zəruri, həm də perspektivli edir.
Çimnaz Telmanqızı
13:55 / 07 İyul 2026
1
13:52 / 07 İyul 2026
3
13:45 / 07 İyul 2026
18
13:40 / 07 İyul 2026
39
13:36 / 07 İyul 2026
44
13:29 / 07 İyul 2026
46
13:23 / 07 İyul 2026
44
13:15 / 07 İyul 2026
56
13:10 / 07 İyul 2026
535
12:54 / 07 İyul 2026
196
12:53 / 07 İyul 2026
64
12:42 / 07 İyul 2026
70
12:31 / 07 İyul 2026
341
12:25 / 07 İyul 2026
70
12:18 / 07 İyul 2026
137
12:00 / 07 İyul 2026
1036
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
209
11:51 / 07 İyul 2026
65
11:33 / 07 İyul 2026
84
11:22 / 07 İyul 2026
117
11:10 / 07 İyul 2026
89
11:09 / 07 İyul 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.