Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
535
27.04.2026, 12:19
Milli Məclis Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə sazişini ratifikasiya edib.
Oxu24.com xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin əsas məqsədi qeyd olunan Mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsi üçün imkanlar yaratmaq, o cümlədən Nizamnaməyə uyğun olaraq Mərkəzin heyət üzvlərinin işini asanlaşdırmaq və Mərkəz və ev sahibi ölkə arasında əsas münasibətləri tənzimləməkdir.
Qanun layihəsində vurğulanıb ki, saziş Mərkəzin, o cümlədən onun binasının və heyət üzvlərinin hüquqi statusunu, imtiyazlarını və immunitetlərini müəyyən edir.
Sazişin müddəalarına əsasən, Mərkəz hüquqi şəxs statusuna və bir sıra səlahiyyətlərə (müqavilələr bağlamaq, daşınmaz və daşınar əmlak əldə etmək, məhkəmələrə müraciət etmək və s) malikdir.
Bildirilib ki, sazişin digər müddəaları binanın yerləşdiyi yer (Bakı şəhəri), onun saxlanması xərcləri, kommunal xərclər, təhlükəsizlik, sanitar tələblər, fövqəladə hallar zamanı hərəkətlər, binanın və arxivin toxunulmazlığı, əmlak, fond aktivlər, azadolmalar, heyətin immunitet və imtiyazları, yaşayış imkanları, viza və s. məsələləri tənzimləyir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.