Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
16 May 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
457
26.04.2026, 18:49
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana son səfəri və Qəbələdə keçirilən yüksək səviyyəli görüşlər ölkələr arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatları Azay Quliyev və Zaur Şükürov fərqli aspektlərdən çıxış edərək Azərbaycan–Ukrayna əməkdaşlığının həm regional, həm də qlobal əhəmiyyətini vurğulayıblar.
Deputat Azay Quliyev hesab edir ki, bu səfər təkcə ikitərəfli münasibətlər kontekstində deyil, daha geniş geosiyasi çərçivədə qiymətləndirilməlidir. O bildirib ki:
“Xüsusilə, Rusiya-Ukrayna, ABŞ/İsrail-İran müharibəsinin davam etdiyi, Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı və qlobal nizamın yenidən formalaşdırılmağa başlandığı bir dövrdə Ukrayna Prezidentinin Azərbaycana səfəri, imzalanan sənədlər və verilən bəyanatlar həm geosiyasi gündəmdə, həm də ikitərəfli münasibətlərdə ciddi dəyişikliklərin baş verdiyini göstərir.”
Onun sözlərinə görə, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi ölkəni regionda etibarlı tərəfdaş kimi ön plana çıxarır. Deputat xüsusilə Azərbaycanın müharibə dövründə Ukraynaya göstərdiyi dəstəyi xatırladaraq qeyd edib:
“Azərbaycan qaçıb gizlənmədi, passiv mövqe tutmadı. Əksinə, beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəklədi, genişmiqyaslı humanitar yardım göstərdi və bununla da beynəlxalq arenada müstəqil və etibarlı tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdi.”
Azay Quliyev həmçinin Azərbaycanın potensial vasitəçilik roluna diqqət çəkərək bildirib ki, Bakı platforması Rusiya–Ukrayna münaqişəsinin həllində real alternativ ola bilər:
“Əgər Azərbaycan danışıqlar üçün məkan seçilərsə, Prezident İlham Əliyev tərəflərin ‘dilini’ anlayan lider kimi şantaj və təzyiq olmadan, məharətli diplomatiya ilə müəyyən anlaşmaya nail ola biləcək ən real fiqurdur.”
Digər tərəfdən, deputat Zaur Şükürov münasibətlərin institusional və iqtisadi əsaslarına diqqət çəkərək Azərbaycan–Ukrayna əlaqələrinin uzunmüddətli strateji tərəfdaşlıq modelinə söykəndiyini bildirib. Onun sözlərinə görə:
“Azərbaycan və Ukrayna arasındakı əlaqələr illərin sınağından çıxmış, qarşılıqlı etimada və beynəlxalq hüququn ali prinsiplərinə söykənən strateji tərəfdaşlıq modelidir və bu səfər münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.”
Deputat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq yalnız siyasi sahə ilə məhdudlaşmır, enerji, iqtisadiyyat və humanitar istiqamətləri də əhatə edir:
“İkitərəfli əlaqələrdə energetika istiqaməti önəm kəsb edir, SOCAR Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərir, eyni zamanda bu sahədə birgə layihələr və sərmayə qoyuluşu üçün əlverişli perspektivlər mövcuddur.”
Zaur Şükürov həmçinin humanitar əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib:
“Son illər Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardımlar, xüsusilə enerji təchizatı və çoxsaylı yardım paketləri, eləcə də yüzlərlə uşağın Azərbaycanda qəbul olunması iki ölkə arasında dostluq münasibətlərinin real təzahürüdür.”
Deputatın fikrincə, mövcud müqavilə-hüquq bazası və yüksək səviyyəli siyasi dialoq gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyini deməyə əsas verir.
Hər iki deputatın fikirlərindən aydın olur ki, Azərbaycan–Ukrayna münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional təhlükəsizlik, enerji əməkdaşlığı və qlobal diplomatiya baxımından strateji əhəmiyyət kəsb edir. Qəbələ görüşü isə bu münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.
23:59 / 16 May 2026
41
23:52 / 16 May 2026
59
23:48 / 16 May 2026
79
23:31 / 16 May 2026
134
23:28 / 16 May 2026
141
23:24 / 16 May 2026
66
23:17 / 16 May 2026
115
23:16 / 16 May 2026
69
23:01 / 16 May 2026
208
22:55 / 16 May 2026
55
22:48 / 16 May 2026
181
22:45 / 16 May 2026
51
22:35 / 16 May 2026
247
22:27 / 16 May 2026
542
22:26 / 16 May 2026
70
22:07 / 16 May 2026
82
21:48 / 16 May 2026
68
21:32 / 16 May 2026
79
21:10 / 16 May 2026
164
20:41 / 16 May 2026
97
20:13 / 16 May 2026
96
20:01 / 16 May 2026
77
19:53 / 16 May 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.