Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
695
24.04.2026, 13:38
Elm və təhsil naziri Emin Əmrullayev mentorluq proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Xəlilov və Kamran Sadıxlı ilə görüşüb.
Bu barədə Oxu24.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib
Görüş zamanı qaliblərin peşəkar inkişafı, idarəetmə bacarıqlarının gücləndirilməsi və dövlət idarəçiliyində insan kapitalının inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir perspektivli kadrların potensialının düzgün istiqamətləndirilməsinin və onların qərarvermə proseslərinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb, onlara öz bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməyi tövsiyə edib.
Görüş çərçivəsində qaliblərin sualları cavablandırılıb, onların fərdi inkişaf planları və karyera hədəfləri müzakirə olunub. Nazir qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və mentorluq proqramının onların peşəkar formalaşmasına mühüm töhfə verəcəyini qeyd edib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.


03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.