Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
07 İyul 2026, 11:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2847
24.04.2026, 13:05
Bu gün Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib.
Bu barədə Oxu24.com-a Nazirlər Kabinetindən xəbər verilib.
İclasda gündəlikdə olan digər məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, cari ilin gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.
Son vaxtlar Kür çayı üzrə su ehtiyatlarının artması ilə bağlı bildirilib ki, illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər (aprel, may və iyun ayları) nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində Kür çayı üzərində yerləşən su anbarları sistemi Komissiya tərəfindən nəzarətdə saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.
İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları olan Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər çaylarda sululuğun artması, çayətrafı rayonlardakı mövcud vəziyyət, fəsadlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib.
Hazırda müşahidə olunan su səviyyəsi artımının hidrometeoroloji şəraitlə bağlı olduğu, lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşayiət olunduğu bildirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rayonlarda yerləşən yerli istismar idarələrinin digər aidiyyəti qurumlarla birlikdə gücləndirilmiş iş rejimində işlədiyi, vəziyyətin ciddi nəzarətdə saxlanıldığı, izafi su həcmlərinin maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün müvafiq tədbirlər görüldüyü qeyd edilib.
Sonda Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gursululuq dövründə su və su təsərrüfatı obyektlərində təhlükəsiz su axınının təmin olunması və ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlət başçısının 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə aidiyyəti dövlət qurumlarından ibarət Komissiya yaradılıb. Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunmaqla, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir. Bu baxımdan, əsas diqqət göstərilən istiqamətləri Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları, Araz çayı üzərində yerləşən kaskad tipli Araz-Xudafərin-Qız qalası su anbarları və əsasən Samur çayından qidalanan kaskad tipli Taxtakörpü-Ceyranbatan su anbarları sistemləri təşkil edir.
11:10 / 07 İyul 2026
15
11:09 / 07 İyul 2026
25
11:05 / 07 İyul 2026
30
11:01 / 07 İyul 2026
77
10:53 / 07 İyul 2026
124
10:48 / 07 İyul 2026
40
10:46 / 07 İyul 2026
42
10:39 / 07 İyul 2026
53
10:32 / 07 İyul 2026
51
10:15 / 07 İyul 2026
285
10:12 / 07 İyul 2026
67
09:59 / 07 İyul 2026
66
09:58 / 07 İyul 2026
802
09:38 / 07 İyul 2026
446
09:34 / 07 İyul 2026
135
09:27 / 07 İyul 2026
65
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
283
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
694
00:16 / 07 İyul 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.