Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1946
24.04.2026, 12:50
Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında TRIPP (Tramp Marşrutu) üzrə texniki danışıqların başlaması regionun geosiyasi mənzərəsində yeni bir mərhələnin xəbərçisidir. Bu layihə sadəcə iqtisadi deyil, həm də Vaşinqtonun Cənubi Qafqazda öz təsir imkanlarını bərpa etmək və yeni güc balansı yaratmaq cəhdidir.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova Oxu24.com-a şərhində layihənin pərdəarxası məqamlarına aydınlıq gətirib.
Ramiyə Məmmədova qeyd edir ki, ABŞ və Azərbaycan arasında TRIPP layihəsi üzrə danışıqlara bir neçə kontekstdə baxmaq lazımdır:
“Bu təşəbbüs həm Donald Trampın şəxsi istəyi, həm də Amerikanın regionda gücünü göstərmək niyyətidir. ABŞ şirkətlərinin bura investisiya qoyması, Vaşinqtonun regionda birbaşa varlığı və maraqlarının qorunması deməkdir.Layihənin əsas məqsədlərindən biri regionda mövcud olan Rusiya və İran təsirini tarazlamaqdır. Amerikanın bu "geosiyasi oyun"da iştirakı, Qafqaz üzərindən yeni bir güc mərkəzinin formalaşmasına xidmət edir”.
Politoloqun sözlərinə görə, TRIPP layihəsi Azərbaycanı Asiya ilə Avropanı birləşdirən nəhəng bir logistik mərkəzə (hab) çevirir. ABŞ bu qovşaqda həm iştirakçı, həm də nəzarətçi funksiyasını yerinə yetirməyi hədəfləyir. İnvestisiyaların qoyulması həm də onların qorunması deməkdir. Gələcəkdə ABŞ-ın bu marşrut üzərindəki varlığı həm iqtisadi təhlükəsizliyi təmin edəcək, həm də digər regional güclərin təsirini azaldacaq.
"Biz gələcəkdə bu layihə vasitəsilə ABŞ-ın regiondakı varlığını daha qabarıq şəkildə görəcəyik. Bu həm də Yaxın Şərq, İran və Rusiya faktorunun Qafqazdakı gücünün zəifləməsi ilə nəticələnə bilər”,– deyə politoloq vurğulayıb.
Çimnaz Telmanqızı
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.