Bakını hədələyən iranlı deputata sərt cavab: “3-4 saata yox olmaq qorxusu öz ölkənizdədir"
10 İyun 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
560
23.04.2026, 18:08
Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri və səfər çərçivəsində verilən mesajlar iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir.
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı Modern.az-a açıqlama verən millət vəkili Zaur Şükürov bildirib ki, Azərbaycan və Latviya arasında əlaqələr uzun illərdir ardıcıl şəkildə inkişaf edir və 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib:
Deputat qeyd edib ki, son dövrlərdə dövlət başçıları arasında təmasların intensivləşməsi siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərir:
“Xüsusilə son telefon danışığı və Latviya tərəfinin açıq dəstəyi onu göstərir ki, bu münasibətlər formal deyil, real siyasi tərəfdaşlıq xarakteri daşıyır. Latviya Azərbaycanın Orta dəhlizdə və enerji sahəsində rolunu Avropa üçün strateji dəyər kimi qiymətləndirir” .
Onun sözlərinə görə, Latviya Prezidentinin Bakı səfəri çərçivəsində keçirilən görüşlər, biznes-forum və imzalanan sənədlər əməkdaşlığın praktik müstəviyə keçdiyini göstərir:
“Bu səfər sadəcə siyasi jest deyil, konkret iqtisadi və institusional nəticələrə yönəlmiş addımdır. Eyni zamanda, Cənubi Qafqaz və Baltik regionları arasında yeni iqtisadi körpülərin formalaşması üçün real zəmin yaradır” .
“Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes-forum ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından mühüm platformadır. Azərbaycanın nəqliyyat-logistika imkanları, xüsusilə beynəlxalq dəhlizlər və Ələt Azad İqtisadi Zonası Latviya üçün cəlbedici imkanlar yaradır”- o bildirib.
Deputat əlavə edib ki, nəqliyyat və aviasiya sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycan artıq regional nəqliyyat qovşağına çevrilib. Birbaşa uçuşların bərpası və genişləndirilməsi həm biznes, həm də turizm əlaqələrinin intensivləşməsinə ciddi təkan verə bilər” .
Latviya tərəfinin Azərbaycanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirməsi və Qarabağla bağlı əməkdaşlıq təklifləri də diqqətəlayiqdir:
“Daxili işlər, kənd təsərrüfatı, konsulluq, bitki mühafizəsi və sərhəd təhlükəsizliyi sahələrini əhatə edən sənədlər münasibətlərin çoxşaxəli inkişafına xidmət edir” .
Zaur Şükürov sonda vurğulayıb ki, bu səfər Azərbaycan-Latviya münasibətlərinin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real iqtisadi və institusional əməkdaşlıq mərhələsinə keçdiyini nümayiş etdirir:
“Bu əməkdaşlıq ortaq dəyərlərə əsaslanır və yaxın illərdə daha konkret layihələr və nəticələrlə özünü göstərəcək”.
Deputat Vasif Qafarov isə bildirib ki, Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər Azərbaycan–Latviya əməkdaşlığının hazırkı səviyyəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur.
Deputat qeyd edib ki, iki ölkə arasında doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin əsasını təşkil edir və əməkdaşlığın sistemli şəkildə inkişafına zəmin yaradır:
“Bu sənəd əsasında siyasi dialoqla yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən birinə çevrilib”.
Onun sözlərinə görə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes-forum mühüm rol oynayır:
“Qarşılıqlı sərmayələrin təşviqi, birgə istehsalın qurulması və ticarət dövriyyəsinin artırılması bu əməkdaşlığın əsas istiqamətləridir”.
Vasif Qafarov vurğulayıb ki, nəqliyyat sahəsində Bakı ilə Riqa arasında birbaşa uçuşların təşkili məsələsi də diqqət mərkəzindədir və bu addım həm biznes, həm də turizm əlaqələrinin inkişafına töhfə verə bilər.
Deputat humanitar sahədə əlaqələrə də toxunaraq bildirib ki, Latviyada təhsil alan 450-dən çox azərbaycanlı tələbə iki ölkə arasında uzunmüddətli münasibətlərin formalaşmasında mühüm rol oynayır.
O əlavə edib ki, bəyanatda regional məsələlərə də yer ayrılıb və Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika qeyd olunub:
“Bu yanaşma regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir”.
Deputatın fikrincə, səfər və verilən bəyanatlar Azərbaycan–Latviya münasibətlərinin möhkəm əsaslara söykəndiyini və əməkdaşlığın genişləndirilməsi üçün real imkanların mövcud olduğunu bir daha təsdiqləyir.
09:58 / 10 İyun 2026
1
09:45 / 10 İyun 2026
28
09:43 / 10 İyun 2026
29
09:42 / 10 İyun 2026
34
09:40 / 10 İyun 2026
48
09:39 / 10 İyun 2026
39
01:04 / 10 İyun 2026
286
00:24 / 10 İyun 2026
340
00:01 / 10 İyun 2026
214
23:52 / 09 İyun 2026
180
23:36 / 09 İyun 2026
298
23:26 / 09 İyun 2026
156
23:23 / 09 İyun 2026
145
23:15 / 09 İyun 2026
149
23:09 / 09 İyun 2026
120
23:03 / 09 İyun 2026
198
22:59 / 09 İyun 2026
300
22:52 / 09 İyun 2026
550
22:41 / 09 İyun 2026
138
22:06 / 09 İyun 2026
140
21:47 / 09 İyun 2026
151
21:29 / 09 İyun 2026
183
21:23 / 09 İyun 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.