Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan: Baş verənlər inanılmazdır

news/2026_02_04/634_1770215599.jpg

SİYASƏT

87

04.02.2026, 18:36

Baş verənlər inanılmazdır.

 

Oxu24.com  xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi mərasimində bildirib.

 

“Bu mərasim təkcə sülh sazişinin qeyd edilməsi deyil. Bu, həm də Ermənistan və Azərbaycan tərəfindən münaqişənin səhifəsinin çevrildiyinin təsdiqidir. Əks halda, Azərbaycan Prezidentinin və ya mənim buraya gəlib bu şərəfi qəbul etməyim mənasız olardı. Bu, həm də beynəlxalq ictimaiyyətin dəstəyidir, çünki qərar dünyanın hər yerindən çox hörmətli üzv siyahısı olan Hakimlər Komitəsi tərəfindən qəbul edilib. Hakimlər Komitəsinə minnətdarlığımı bildirmək istəyirəm. Əziz dostlar, qərarınız, şübhəsiz ki, bölgəmizdə sülhü möhkəmləndirir və buna görə sizə təşəkkür edirəm. Bu mükafat Əl-Əzhərin Böyük İmamı Həzrətləri və Roma Papası Həzrətləri tərəfindən birgə təsis edilib. Bu fakt müsəlman və xristian dünyalarının dəstəyini simvolizə edir”, - Paşinyan qeyd edib.