Paşinyan ermənilərin Qarabağ hərəkatını “taleyüklü səhv” adlandırdı
09 May 2026, 00:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
848
04.02.2026, 19:33
Putin Ukraynadan Kramatorsk və Slovyansk kimi qala şəhərləri tələb edib və bu şəhərlərin Rusiyaya təslim edilməsindən sonra sülh danışıqlarına gedilməsinin mümkün olduğunu vurğulayıb.
Putin niyə məhz bu şəhərləri tələb edir? Bu şəhərlərin əhəmiyyəti, tarixi önəmi nədir?
Oxu24.com mövzu ilə əlaqədar Ukraynada yaşayan azərbaycanlı jurnalist, diaspora fəalı Anar Natiqoğlu ilə əlaqə saxlayıb.
Həmçinin oxuyun
Jurnalist bildirib ki, əslində Kramatorsk və Slovyansk şəhərləri əhalisi azo lan şəhərlərdəndir:” Bu şəhərlər əhalisi o qədər də çox olmayan yaşayış məntəqələridir. Savaşa qədər Kramotorskda 100 min, Slovyanskda 55 min əhali yaşayıb. Sadəcə olaraq 2014-də Donetsk vilayətinin boyük hissəsi, mərkəz Donetsk şəhəri daxil işğal olduqdan sonra Ukrayna Kramotorsku “de fakto” vilayət mərkəzi kimi istifadə edib. Slovyansk isə Kramotorsku da daxil olduğu Kramotorsk rayonuna aid olunub.
Müharibəyə qədər bu bölgədə həm sovet dönəmi, həm də müstəqillik illərində əsasən ağır sənayenin maşınqayirma, metallurgiya, dəzgahqayırma sahələri inkişaf edib. İndi isə yarı dağılmış vəziyyətdə olan cəbhə xəttinin bu məntəqələrini əhəmiyyətli edən Donetsk vilayəti üzrə Ukraynanın nəzarətində olan son bir neçə şəhər olmalarıdır. Krımın işlərindən sonra, xatırlayırsınızsa, Putin əsasən Donetsk və Luqansk vilayətlərində "xalq respublikaları"nın formalaşmasından, rusdilli əhalinin Kiyev mərkəzi hakimiyyətə tabe olmaq istəməməsindən danışırdı. 2022-ci ildə xüsusi əməliyyat adı ilə Ukraynaya hərbi təcavüz başladan zamanda da o ilk öncə Donetsk və Luqanskın sərhədlərinin bərpasından söhbət edirdi. Savaşın gedişində isə bu vilayətlərə Xerson və Zaporojyeni də əlavə edərək guya bu 4 bölgədə yaradılan "qondarma" respublikaların könüllü rusiyaya birləşdiyini elan etdilər. Amma bu da son danışıqlar və nəticə əldə etmək üçün kart idi. Əsas məqsəd Krımı birbaşa danışıqlar məsələsindən çıxarmaq və Donetsk- Luqanskını bütövlükdə Rusiyanın tabeliyinə keçməsi idi. Yəni, bu iki adını çəkdiyiniz şəhərləri əhəmiyyətli edən Putinin gələcəkdə daxili auditoriyaya hesablanmış "məqsədimizə çatdıq" mesajının verilməsidir” -deyə Anar Natiqoğlu vurğulayıb .
Əntiqə Rəşid
01:00 / 09 May 2026
78
00:48 / 09 May 2026
273
00:30 / 09 May 2026
298
00:21 / 09 May 2026
270
00:00 / 09 May 2026
98
23:40 / 08 May 2026
104
23:25 / 08 May 2026
998
23:17 / 08 May 2026
272
22:47 / 08 May 2026
219
22:38 / 08 May 2026
114
22:28 / 08 May 2026
276
22:14 / 08 May 2026
126
22:13 / 08 May 2026
89
22:06 / 08 May 2026
87
21:59 / 08 May 2026
85
21:48 / 08 May 2026
1517
21:39 / 08 May 2026
278
21:29 / 08 May 2026
118
21:10 / 08 May 2026
225
20:52 / 08 May 2026
324
20:48 / 08 May 2026
167
20:36 / 08 May 2026
109
20:18 / 08 May 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.