Gömrük bəyannamələrinin ləğvi mümkün olacaq
30 Aprel 2026, 23:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
18418
04.02.2026, 21:15
Azərbaycanda yüksək vəzifə tutan,idarəçilikdə iştirak edən kifayət qədər uğurlu xanımlar var.
Onlar müxtəlif idaərlərdə,təşkilatlarda mühüm postları tuturlar.
SOCAR-da mühüm vəzifə sahibi olan Ziba Mustafayeva kimdir?
Oxu24.com xəbər verir ki,Mustafayeva Ziba Tacəddin qızı 09 dekabr 1979-cu ildə Rusiya Federasiyasının Tula şəhərində anadan olub.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat səviyyəsini fərqlənmə ilə, 2003-cü ildə isə magistratura səviyyəsini bitirib. 1998-1999-cu illərdə ABŞ səfirliyinin “FSA” adlı proqramının müsabiqəsini uğurla keçərək ABŞ-ın “University of Alabama in Hunstville” Universitetində Ümumi iqtisadiyyat üzrə təhsil alıb.
Həmçinin oxuyun
Əmək fəaliyyətinə 2000-ci ildə “Azercell Telekom” MMC-də başlayıb. 2000-ci ilin yanvar ayından Müştəri xidmətləri şöbəsində kiçik təmsilçi, həmin ilin noyabr ayından Telemarketinq qrupunun rəhbəri vəzifəsində işləyib. 2001-2004-cü illərdə Müştərilərlə əlaqələr şöbəsinin Telefon əlaqə mərkəzinin qrup rəhbəri vəzifəsində çalışıb. 2004-2006-cı illərdə İnsan qaynaqları departamentinə Şöbələrin idarəedilməsi və daxili ünsiyyət bölümünün təmsilçisi, 2006-2008-ci illərdə İşəqəbul və şöbələrin idarəedilməsi bölümünün rəhbəri, 2008-2010-cu illərdə Təşkilati inkişaf bölümünün rəhbəri vəzifələrində işləyib. 30 iyul 2010-cu ildən etibarən İnsan qaynaqları şöbəsinin rəhbəri, həmin ilin dekabr ayından isə departamentin direktoru vəzifəsində, 01 iyul 2019 – 14 fevral 2022-ci il tarixlərində İnsan kapitalının idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.
2022-ci ilin mart ayından SOCAR–ın birinci vitse-prezidentinin müşaviri vəzifəsində, eyni ilin iyul ayından etibarən isə SOCAR–ın prezidentinin müşaviri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Hazırladı: Nərmin Balacayeva
23:23 / 30 Aprel 2026
88
23:11 / 30 Aprel 2026
64
22:49 / 30 Aprel 2026
43
22:39 / 30 Aprel 2026
40
22:19 / 30 Aprel 2026
54
22:03 / 30 Aprel 2026
80
21:50 / 30 Aprel 2026
59
21:40 / 30 Aprel 2026
75
21:30 / 30 Aprel 2026
54
21:16 / 30 Aprel 2026
225
20:53 / 30 Aprel 2026
66
20:48 / 30 Aprel 2026
66
20:47 / 30 Aprel 2026
176
20:36 / 30 Aprel 2026
62
20:24 / 30 Aprel 2026
215
20:08 / 30 Aprel 2026
66
20:02 / 30 Aprel 2026
220
19:51 / 30 Aprel 2026
71
19:40 / 30 Aprel 2026
243
19:30 / 30 Aprel 2026
92
19:05 / 30 Aprel 2026
87
18:49 / 30 Aprel 2026
73
18:33 / 30 Aprel 2026
238
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.