Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto
12 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
935
04.02.2026, 17:04
Jeffrey Epsteinlə bağlı açıqlanan yeni sənədlərdə İslam dünyası üçün son dərəcə həssas və mübahisəli bir iddia yer alıb. Sənədlərə əsasən, Kəbəni örtən müqəddəs kisva parçalarından bəzilərinin 2017-ci ildə Məkkədən ABŞ-a, Floridaya göndərildiyi iddia olunur.
Oxu24.com xəbər verir ki,bu proses Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqəli şəxslər vasitəsilə təşkil edilib və göndəriş sonda məhkum edilmiş pedofil cinayətkar Cefri Epşteynə çatdırılıb.
2017-ci ilin fevral–mart aylarına aid elektron yazışmalarda BƏƏ-li iş qadını Aziza Əl Əhmədinin Abdullah Əl Mari adlı şəxslə birlikdə kisvaya aid üç parça materialın göndərilməsini koordinasiya etdiyi görünür.
Qeyd edək ki, kisva hər il dəyişdirilən, Kəbəni örtən qara rəngli və qızılı naxışlarla bəzədilmiş parçadır. Bu örtük və onun hissələri müsəlmanlar üçün yüksək dini və mənəvi dəyər daşıyır. Əvvəlki illərə aid kisva parçaları adətən müqəddəs artefakt kimi qorunur və xüsusi nəzarət altında saxlanılır.
Sənədlərdə iddia olunur ki, məhz 2017-ci ildə kisvaya aid bəzi hissələr Səudiyyə Ərəbistanından Britaniya üzərindən hava yolu ilə ABŞ-ın Florida ştatına göndərilib.
Elektron yazışmalarda fakturalar, gömrük prosedurları və ABŞ daxilində çatdırılma məsələlərinin detallı şəkildə müzakirə edildiyi qeyd olunur.
Yazışmalarda üç fərqli parça təsvir edilir:
– birinin Kəbənin daxili hissəsindən olduğu bildirilir;
– digərinin istifadə olunmuş xarici örtüyə aid olduğu qeyd edilir;
– üçüncü parça isə eyni materialdan hazırlanmış, lakin istifadə edilməmiş örtük kimi göstərilir.
Sənədlərə görə, istifadə olunmamış parça “incəsənət əsəri” kimi təsnif edilərək göndərilib. Göndərişin 2017-ci ilin mart ayında Epşteynin evinə çatdırıldığı bildirilir. Həmin dövrdə Epşteyn artıq əvvəlki həbs cəzasını çəkmişdi.
Lakin elektron məktublarda və açıqlanan sənədlərdə bu qədər dini əhəmiyyət daşıyan parçaların hansı məqsədlə Epşteynə göndərildiyi barədə hər hansı izahat yer almır. Bu məqam sənədlərdə açıq sual olaraq qalır və iddialar geniş müzakirələrə səbəb olub.
Turan Etibaroğlu
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.