Soyuducuya maqnit yapışdıranlara CİDDİ XƏBƏRDARLIQ
06 Aprel 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
13021
04.02.2026, 18:03
Ölkədə əmək hüquqlarının qorunması sahəsində mühüm addım atılıb. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Əmək Məcəlləsinə edilən dəyişikliklər işçilərin qeyri‑iş günlərində işlədikləri zaman ikiqat maaş almasını təmin edir. Bu yenilik, həm hüquqi əsaslarla işçilərin haqqının qorunmasını gücləndirir, həm də əmək bazarında ədalətli maaş siyasətinin formalaşmasına xidmət edir. Bəs kimlərə ikiqat maaş veriləcək və bu dəyişiklik hansı halları əhatə edir?
Mövzu ilə bağlı REAL partiyasının sədri Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, maaşların 2 qat hesablanılması qaydası onsuzda Əmək Məcəlləsində var idi. Sadəcə bu qaydaların tətbiqi ilə bağlı problem var idi. İndi əgər bu dəqiqləşdiriləcəksə, yəni bu boşluqlar doldurulacaqsa və doğurdanda insanlar bayram günlərində, istirahət günlərində və yaxudda iş saatından artıq çalışanda maaşı 2 qat hesablanırsa bu yenilik çox gözəl addımdır. Onun sözlərinə görə, Azərbaycanda 8 saatlıq iş rejimi var: "Amma bəzi hallarda 10-12 saat insanlar çalışırlar. Yəni var belə peşə sahibləri və biznes sahəsində də belə hallar var. Özəl və dövlət idarələrində də belə hallar mövcuddur. Bəzən bəzi tanışlarımız varki dövlət idarələrində işləyirlər, axşamlar bir tədbir olur, məsələn ad günü olur onlar işdən ən gec çıxanlar olurlarki, biz işdən indi çıxa bildik. Yəni bütün bunlar onsuzda var. Sadəcə bunun rəsmiləşdirilməsi və ödənişlərin hüquqi əsaslandırılmasına ehtiyac var.
Bu dəyişiklik əgər tətbiq olunacaqsa, bu qayda özəl sektorda da, dövlət sektorunda da tətbiq olunmalıdır. Tətbiq olunmursa, bunun cəzası müəyyənləşməlidir. Yənin bunun məsuliyyətini daşıyan şəxslər hüquqi cəhətdən məsuliyyət daşımalıdırlar və vətəndaşında hüquqi prosedurlarla bağlı imkanı olmalıdır ki, bununla bağlı harasa müraciət edib, öz haqqını qoruya bilsin. Həttda bununla bağlı mən düşünürəm ki, bir Əmək Ombudsmanının yaranması daha doğru olardı. Məsələn, bu məsələlərlə bağlı bir Ombudsman İnistutunun yaranması bəzi ölkələrdə var belə bir praktika olsa daha yaxşı olardı" deyə Cəfərli bildirib.
Həmçinin oxuyun
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov açıqlamasında bildirdi ki, prinsip etibarı ilə Əmək Məcəlləsinə heç bir dəyişiklik edilməyib. Onun sözlərinə görə, sadəcə məcəlləyə daxil edilib ki, vəzifə maaşı saatlıqda ola bilər: "Yəni maaş saatlıq hesablanırsa, yenə saata uyğun 2 qat hesablanacaq. Prinsip etibarı ilə heçnə dəyişməyib. Sadəcə texniki dəyişikliklər edilib. Yəni saatlıq əmək haqqı ilə bağlı əlavələr edilib".
00:58 / 07 Aprel 2026
2
00:32 / 07 Aprel 2026
27
23:58 / 06 Aprel 2026
37
23:36 / 06 Aprel 2026
142
23:18 / 06 Aprel 2026
146
23:00 / 06 Aprel 2026
76
22:44 / 06 Aprel 2026
177
22:31 / 06 Aprel 2026
80
22:16 / 06 Aprel 2026
210
22:07 / 06 Aprel 2026
216
21:52 / 06 Aprel 2026
182
21:33 / 06 Aprel 2026
79
21:26 / 06 Aprel 2026
87
21:08 / 06 Aprel 2026
94
20:56 / 06 Aprel 2026
210
20:50 / 06 Aprel 2026
211
20:38 / 06 Aprel 2026
182
20:30 / 06 Aprel 2026
84
20:10 / 06 Aprel 2026
249
20:06 / 06 Aprel 2026
117
20:02 / 06 Aprel 2026
165
20:00 / 06 Aprel 2026
234
19:55 / 06 Aprel 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.