Dondurma ürəyə xeyirdir
30 Aprel 2026, 00:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1385
04.02.2026, 19:39
Hazırda dünyanın diqqət mərkəzində olan “Epşteyn işi” ilə bağlı üzə çıxan sənədlər böyük müzakirələrə səbəb olub.
Yetkinlik yaşına çatmayanların cinsi istismarı kimi cinayətlərdə ittiham edilən amerikalı milyarder Ceffri Epişteyn işi müsəlmanlara da toxunub. Beləki, Kəbə örtüyünün – “kisvə”nin bir hissəsinin 2017-ci ildə amerikalı maliyyəçi və qalmaqallı fiqur Ceffri Epşteynə göndərilməsi müzakirə edilsə də “kisvə”nin müsəlman aləmində nə önəmi olduğunu bir çoxu bilmir.
Oxu24.com -un suallarını ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov cavablandırıb.
O bildirib ki, son günlər mediada Kəbə örtüsünün bir hissəsinin illər əvvəl Ceffri Epşteynə göndərilməsi ilə bağlı iddialar yayılıb.
Məlumat kimi təqdim olunan yazışmalar bəzi sənədlərə əsaslansa da, bu məsələ ilə bağlı nə Məkkə Hərəminin rəsmi qurumları, nə də Səudiyyə Ərəbistanının aidiyyəti strukturları tərəfindən təsdiqləyici açıqlama verilib.
Buna görə də, söhbət rəsmi təsdiqi olmayan iddiadan gedir.
Kəbə örtüsü müsəlmanlar üçün ibadət obyekti yox, Kəbəyə göstərilən hörmətin və təzimin rəmzidir.
Həmçinin oxuyun
Üzərinə Qurani Kərimdən ayələr işlənir və hazırlanması, saxlanması, istifadəsi xüsusi qaydalarla tənzimlənir.
Köhnə örtük hissələrinin bəzən muzeylərə verilməsi və ya rəsmi protokol çərçivəsində təqdim olunması mümkündür, lakin bu cür parçaların mübahisəli şəxslərə göndərilməsi barədə etibarlı və rəsmi sübut yoxdur. Bu səbəbdən yayılan xəbərlərə ehtiyatla yanaşmaq və dini simvollarla bağlı məsələlərdə təsdiqlənmiş mənbələrə istinad etmək daha doğru mövqedir”.
İllahiyyatçı onu da qeyd edib ki, lap sübut olunsa belə, bu ildə bir dəfə dəyişilən örtüdür.
"O qədər də müqəddəs sayılacaq bir anlam daşımır axı. Yəni, bunun üzərində belə çox dayanmaq doğru deyil. Rəsmi Səudiyyə Hökuməti təsdiq etməli və bu barədə geniş açıqlama verməlidir və ya təkzib etməlidir. Bu həmin ölkənin öz səlahiyyətində olan məsələdir. Həm də digər müsəlman ölkələrin və müsəlmanların bu məsələdə heç bir günahı və ya savabı yoxdur”-deyə Əkrəm Həsənov bildirib.
Xatırladaq ki, Kəbənin hər il örtülməsi adəti İslamdan əvvəlki dövrə aiddir və Məhəmməd və onun varisləri tərəfindən davam etdirilmişdir . Tarixən müxtəlif növ parçalar örtük kimi istifadə edilmişdir, lakin Misirdə istehsal olunan kisvələr erkən İslam hökmdarları tərəfindən populyarlaşdırılmışdır.
Əntiqə Rəşid
00:27 / 30 Aprel 2026
35
00:14 / 30 Aprel 2026
40
23:49 / 29 Aprel 2026
119
23:44 / 29 Aprel 2026
54
23:32 / 29 Aprel 2026
62
23:19 / 29 Aprel 2026
53
23:12 / 29 Aprel 2026
1195
23:10 / 29 Aprel 2026
46
23:09 / 29 Aprel 2026
46
23:00 / 29 Aprel 2026
580
22:52 / 29 Aprel 2026
126
22:14 / 29 Aprel 2026
76
21:41 / 29 Aprel 2026
180
21:21 / 29 Aprel 2026
93
21:12 / 29 Aprel 2026
2399
20:56 / 29 Aprel 2026
112
20:50 / 29 Aprel 2026
78
20:39 / 29 Aprel 2026
130
20:10 / 29 Aprel 2026
116
19:56 / 29 Aprel 2026
97
19:43 / 29 Aprel 2026
102
19:28 / 29 Aprel 2026
198
19:16 / 29 Aprel 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.