Kuba Prezidenti Azərbaycan liderini təbrik edib
25 May 2026, 15:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
592
16.10.2025, 12:27
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.
Oxu24.com xəbər verir ki, söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunulub.
Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vurğulayıb.
Azərbaycan-UN-Habitat tərəfdaşlığı çərçivəsində ölkədə indiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyi məmnunluqla qeyd edilib.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunulub, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin inşasında yeni müasir şəhərsalma modelinin tətbiq olunduğu bildirilib.
Qonaq Azərbaycanın BMT-nin Məskunlaşma Proqramına könüllü maliyyə töhfələrinə və onun fəaliyyətini dəstəklədiyinə görə təşəkkürünü bildirib.
O, COP29-un ölkədə uğurla keçirildiyini vurğulayaraq, bu tədbirdə iqlim gündəliyi ilə urbanizasiya fəaliyyətinin bir araya gətirildiyini və bu xüsusda Azərbaycanın təşəbbüslərlə çıxış etdiyini məmnunluqla vurğulayıb.
Görüşdə 2026-cı ildə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu tədbirlərindən biri – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər mötəbər beynəlxalq tədbirlər kimi bunun da yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
15:35 / 25 May 2026
1
15:27 / 25 May 2026
25
15:06 / 25 May 2026
72
15:01 / 25 May 2026
63
14:55 / 25 May 2026
60
14:47 / 25 May 2026
102
14:42 / 25 May 2026
76
14:37 / 25 May 2026
51
14:25 / 25 May 2026
80
14:20 / 25 May 2026
660
14:05 / 25 May 2026
775
14:02 / 25 May 2026
87
13:57 / 25 May 2026
83
13:54 / 25 May 2026
106
13:49 / 25 May 2026
417
13:46 / 25 May 2026
154
13:41 / 25 May 2026
65
13:38 / 25 May 2026
70
13:36 / 25 May 2026
74
13:31 / 25 May 2026
86
13:16 / 25 May 2026
64
13:10 / 25 May 2026
288
13:07 / 25 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.