Vladimir Putin İlham Əliyevi təbrik edib
25 May 2026, 16:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
929
15.10.2025, 13:32
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Oxu24.com fərmanın mətnini təqdim edir:
1. 2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841 (Cild I); 2024, № 8, maddə 938, № 12 (II kitab), maddə 1373; 2025, № 7, maddə 659) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3-cü hissədə “165” rəqəmləri “181” rəqəmləri ilə, “88” rəqəmləri “104” rəqəmləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”nin 5-ci hissəsi üzrə:
1.2.1. 5.1-ci bəndin birinci cümləsindən “, habelə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti” sözləri çıxarılsın;
1.2.2. 5.6-cı bəndin birinci cümləsindən “, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktorundan” sözləri çıxarılsın.
2. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2035 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 243 (Cild I)
1.8-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.9-cu bənd əlavə edilsin:
“1.9. Naxçıvan Regional Turizm İdarəsi.”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501 (Cild I); 2025, № 5, maddə 454) 3-cü hissəsində “55” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
16:54 / 25 May 2026
3
16:49 / 25 May 2026
39
16:46 / 25 May 2026
18
16:40 / 25 May 2026
40
16:36 / 25 May 2026
59
16:33 / 25 May 2026
53
16:21 / 25 May 2026
165
15:35 / 25 May 2026
74
15:27 / 25 May 2026
76
15:06 / 25 May 2026
111
15:01 / 25 May 2026
88
14:55 / 25 May 2026
86
14:47 / 25 May 2026
213
14:42 / 25 May 2026
99
14:37 / 25 May 2026
60
14:25 / 25 May 2026
101
14:20 / 25 May 2026
1073
14:05 / 25 May 2026
1101
14:02 / 25 May 2026
102
13:57 / 25 May 2026
101
13:54 / 25 May 2026
127
13:49 / 25 May 2026
912
13:46 / 25 May 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.