Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
20 Noyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1077
06.01.2025, 14:21
“Qara qutu”ların açılması prosesi başlanıb. Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi”.
Oxu24.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılıb və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək: “Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq”.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.