Prezident Administrasiyasında yüksək vəzifəyə TƏYİNAT
26 Noyabr 2026, 17:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
355
13.05.2024, 15:20
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə” təsdiq edilib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərmanı təsdiq edib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin (bundan sonra – Reyestr) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
3.1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin;
3.2. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Reyestrin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
4. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:
4.1. Reyestri mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və təhlükəsizlik meyarları üzrə onun monitorinqini həyata keçirsin;
4.2. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə Reyestrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə digər tədbirlər görsün.
18:02 / 26 Noyabr 2026
1
17:33 / 26 Noyabr 2026
556
17:07 / 26 Noyabr 2026
85
17:05 / 26 Noyabr 2026
76
17:00 / 26 Noyabr 2026
82
16:55 / 26 Noyabr 2026
95
16:40 / 26 Noyabr 2026
318
16:38 / 26 Noyabr 2026
110
16:23 / 26 Noyabr 2026
142
16:15 / 26 Noyabr 2026
127
16:08 / 26 Noyabr 2026
118
16:01 / 26 Noyabr 2026
116
15:58 / 26 Noyabr 2026
126
15:49 / 26 Noyabr 2026
113
15:44 / 26 Noyabr 2026
113
15:40 / 26 Noyabr 2026
114
15:34 / 26 Noyabr 2026
122
15:27 / 26 Noyabr 2026
135
15:15 / 26 Noyabr 2026
802
15:10 / 26 Noyabr 2026
135
15:09 / 26 Noyabr 2026
134
15:01 / 26 Noyabr 2026
131
14:54 / 26 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.