Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan və Litvanın XİN başçıları "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər 

Azərbaycan və Litvanın XİN başçıları \"Sabah\" – \"Barselona\" matçını birlikdə izləyiblər 

SİYASƏT

131

26.11.2026, 09:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və litvalı həmkarı Kestutis Budris Bakıda keçirilən “Sabah” – “Barselona” matçını birlikdə izləyiblər.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Paylaşımda “Sabah” futbol klubunun baş məşqçisinin litvalı mütəxəssis Valdas Dambrauskas olduğu xüsusi vurğulanıb.

Qeyd edilib ki, bu məqam qarşılaşmaya əlavə məna qazandırır və Azərbaycan ilə Litva xalqları arasındakı əlaqələri ön plana çıxarır.