Qaynar xətt:

(+99450) 247 90 86

Yaşasaydı 38 yaşı olacaqdı - Şəhid pilotun doğum günüdür

2018-11/1541086768_urfan-velizade.jpg

QARABAĞ

1333

01.11.2018, 19:39

\"\" Aprel döyüşlərində şəhid olan pilot, mayor Urfan Vəlizadənin doğum günüdür.
Oxu24.com xəbər verir ki, şəhid pilot 1978-ci ildə anadan olub. O, 1995-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini Türkiyədə Hava Hərbi məktəbinə verib. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib. Vətənə döndükdən sonra 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirib. Urfan daha sonra ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. Pilot Urfan Vəlizadə 2016-cı ilin aprel döyüşlərində Mİ-24 helikopterinin vurulması nəticəsində şəhid olub. Qeyd edək ki, şəhid pilotumuz 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn olunub. Şəhid pilotun iki qız övladı yadigar qalıb.