Qaynar xətt:

(+99450) 247 90 86

Tarixi oyundan öncə "Qarabağ"da CİDDİ İTKİ 

news/2026_02_17/qara_1771347214.jpg

QARABAĞ

87

17.02.2026, 20:59

Sabah UEFA Çempionlar Liqasında "Qarabağ" növbəti matçına çıxacaq. Azərbaycan təmsilçisi "Nyukasl"ı qəbul edəcək.

Oxu24.com  Apasport.az-a istinadla xəbər verir ki, Ağdam klubunun heyətində yalnız bir itki var.

Komandanın əsas qapıçısı Mateuş Koxalskinin zədəsi davam edir. "Qarabağ"ın tibb heyəti qolkiperin "Nyukasl"la görüşdə oynaması üçün bərpa prosesini davam etdirirlər.

Koxalskinin sabah keçiriləcək matçda iştirak edib-etməyəcəyi oyunöncəsi məşqdə bəlli olacaq.

"Qarabağ"ın heyətində başqa itki yoxdur. Koxalski hazır olarsa, Ağdam təmsilçisi görüşə tam heyətlə çıxacaq.

Xatırladaq ki, "köhlən atlar"ın son matçında da Mateuş iştirak etməyib. "İmişli" ilə oyunda onu Fabian Buntiç əvəzləyib.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də keçiriləcək.