Qaynar xətt:

(+99450) 247 90 86

Xankəndidə GÜCLÜ PARTLAYIŞ: Hüseynov İsgəndər HƏLAK OLDU

Xankəndidə GÜCLÜ PARTLAYIŞ: Hüseynov İsgəndər HƏLAK OLDU

QARABAĞ

702

13.02.2026, 18:33

Xankəndi şəhərində yaşayış binasında partlayış baş verib.

Oxu24.com  xəbər verir ki,hadisə nəticəsində Laçın rayon Şəlvə kənd sakini, 1980-ci il təvəllüdlü Hüseynov İsgəndər Hüseynalı oğlu ağır yanıq xəsarətləri alıb.

O, Bakıya təxliyə edilib və 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib (təmirlə əlaqədar bu xəstəxana Buzovnadakı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülüb).

İ.Hüseynov burada 3 gün müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun qardaşı Qələndər Həsənov bildirib ki, hadisəyə partlayıcının işə düşməsi səbəb olub:

“Qardaşım “Azinvest İnşaat” QSC-nin Xankəndidə həyata keçirdiyi tikinti sahəsində mühafizəçi işləyirdi. Həmin şirkətin fəhləsi Əliyev Rəşad Çingiz oğlu ilə bir mənzildə kirayədə qalırdılar. Rəşad şəhərdə raketin partlayıcı hissəsini tapıb, evə gətirib və onu kəsib-doğrayan zaman əlində alışıb. İsgəndər həmin vaxt yatırmış. Rəşad alışmış partlayıcını yerə atıb və qardaşımı köməksiz vəziyyətdə qoyaraq qaçıb. Həmin vaxt mənzilin qapısı bağlı olub. Lakin niyə bağlı olduğu bizə də məlum deyil. Bunların yaşadığı mənzil binanın ikinci mərtəbəsində yerləşir. Qardaşım pəncərəni qırıb kömək istəyəndə bizim qohumlardan biri görüb və məlumat verib ki, filankəs kömək istəyir. Yalnız bundan sonra İsgəndəri mənzildən çıxarmaq mümkün olub”.

Q.Həsənovun sözlərinə görə, həmin axşam qardaşını Bakıya gətiriblər, bədənin böyük hissəsinin yanığı ilə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə aparıblar: “Həkimlər dedilər ki, bədənin 85 faizi yanıb. Həmin vaxt İsgəndər hələ danışa bilirdi. O deyirdi ki, partlayış oldu, amma necə baş verdiyini bilmirəm. Üç gün sonra xəstəxanada vəfat etdi.

O deyib ki, hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi başlanılıb:

“Qardaşım keçmiş polis əməkdaşı olub. 14 il çalışdıqdan sonra ailə vəziyyətinə görə işdən çıxıb. Daha sonra “Azinvest İnşaat” QSC-də mühafizəçi işləyirdi. Hadisə ilə bağlı Xankəndi Şəhər Prokurorluğunda cinayət işi açılıb. Aldığımız məlumata görə, hadisəni törədən Çingiz Əliyev hələlik buraxılıb. Hadisə zamanı ardaşımın işlədiyi “Azinvest İnşaat” şirkətinin bir neçə nümayəndəsi gəldi. Amma nə hadisəni törədən Rəşadın bir qohumu ortaya çıxdı, nə də şirkətin rəhbərliyi gəlib yasımızda iştirak etdi”.

Qeyd edək ki, mərhum ailəli idi, iki azyaşlı qız övladı var.

Xatırladaq ki, “Azinvest İnşaat” QSC keçmiş gənclər və idman naziri, mərhum Azad Rəhimovun bacısı oğlu Teymur Teymurova məxsusdur. (Yeni Sabah)

 

Təhlükə anında sərnişin nə etməlidir? – Rəşad Rzadan vacib təlimatlar  

14:13 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

Təhlükə anında sərnişin nə etməlidir? – Rəşad Rzadan vacib təlimatlar  

53

0
Milli Məclis mühüm qərarlar qəbul edib 

14:03 / 22 Aprel 2026

SİYASƏT SİYASƏT

Milli Məclis mühüm qərarlar qəbul edib 

523

0
Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib 

14:02 / 22 Aprel 2026

SİYASƏT SİYASƏT

Milli Məclisdə deputatları azlıq təşkil edən partiyaların MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib 

53

0
SON DƏQİQƏ! Bakı metrosundakı hadisəyə görə sərt cəza: İşdən çıxarılanlar var

13:54 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

SON DƏQİQƏ! Bakı metrosundakı hadisəyə görə sərt cəza: İşdən çıxarılanlar var

258

1
Könül Ələkbərov da işdən çıxarıldı 

13:52 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

Könül Ələkbərov da işdən çıxarıldı 

138

0
Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir 

13:50 / 22 Aprel 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan-Ermənistan nümayəndələrinin qarşılıqlı səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir 

56

0
Mərkəzi Bank ödəniş təşkilatını və onun vəzifəli şəxsini cərimələyib 

13:39 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mərkəzi Bank ödəniş təşkilatını və onun vəzifəli şəxsini cərimələyib 

58

0
Bu ixtisas qrupu üzrə qəbul DAYANDIRILACAQ?— Ekspertdən  AÇIQLAMA  

13:35 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ixtisas qrupu üzrə qəbul DAYANDIRILACAQ?— Ekspertdən  AÇIQLAMA  

168

0
Dövlət başçısı: Latviya Prezidentinin səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq 

13:28 / 22 Aprel 2026

SİYASƏT SİYASƏT

Dövlət başçısı: Latviya Prezidentinin səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq 

55

0
DİN əməliyyat keçirib: Saxlanılan şəxslər kimlərdir? - VİDEO

13:23 / 22 Aprel 2026

KRİMİNAL KRİMİNAL

DİN əməliyyat keçirib: Saxlanılan şəxslər kimlərdir? - VİDEO

84

0
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib 

13:17 / 22 Aprel 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib 

63

0
İntensiv yağış,qar yağacaq     —   23 aprellə bağlı XƏBƏRDARLIQ

13:11 / 22 Aprel 2026

CƏMİYYƏT CƏMİYYƏT

İntensiv yağış,qar yağacaq     —   23 aprellə bağlı XƏBƏRDARLIQ

525

0